Azərbaycan İrana təyyarə uçuşlarını dayandırır? - RƏSMİ CAVAB
24.02.2020

Azərbaycanın İranla həmsərhəd olan gömrük-keçid məntəqələrində sərnişinlərin gediş-gəlişi tam məhdudlaşdırılıb.

Bu barədə Visiontv.az-a Dövlət Gömrük Xidmətindən məlumat daxil olub. 

Məlumata görə, yalnız İranda olan Azərbaycan vətəndaşlarının və Azərbaycanda olan İran vətəndaşlarının öz ölkələrinə qayıtmasına icazə verilir. Azərbaycanla İran sərhədinin bağlanması ölkə ərazisinə virusun yayılma ehtimalının qarşısını almaq məqsədi daşıyır. Mövcud durumda Azərbaycanın İranla hava məkanının bağlanması məsələsi gündəmə gəlib.