2023-cü ildə azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 5 milyard 984 milyon 157 min manat vəsait sərf edilib.
APA-nın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən illə müqayisədə 53.9% və ya 2 milyard 96 milyon 385 min manat çoxdur. Belə ki, 2022-ci ildə azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 3 milyard 887 milyon 771 min manat vəsait yönəldilib.
Qeyd edək ki, bu dövrdə tikinti quraşdırma işlərinə sərf edilən vəsait 2022-ci illə müqayisədə Xocalıda 2056 dəfə, Laçında 5.4 dəfə, Kəlbəcərdə 2.2 dəfə, Ağdamda 76.6%, Qubadlıda isə 63.5% artırılıb.
Əlavə edək ki, hesabat dövründə ən çox vəsait Laçın ( 1 mlrd. 502.3 mln. manat), Kəlbəcər ( 874.2 mln. manat) və Füzuli ( 657.6 mln. manat) rayonlarına ayrılıb.
Azad edilmiş ərazilər | 2022-ci il min. manat | 2023-cü il min. manat |
Laçın | 278751,9 | 1502394,3 |
Kəlbəcər | 402411,3 | 874208,2 |
Füzuli | 543061,3 | 657618,5 |
Şuşa | 699785,8 | 614563,6 |
Zəngilan | 715652,6 | 587663,9 |
Ağdam | 309164 | 545977,2 |
Cəbrayıl | 596027,9 | 506016,1 |
Xocalı | 147,8 | 303982,1 |
Qubadlı | 170838,7 | 279382,8 |
Xocavənd | 171930,1 | 112319,1 |
Xankəndi | 31,5 |
Visiontv.az