Azad edilmiş ərazilərdə daha 51 mina, 452 PHS aşkarlanıb
22.04.2024

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (15.04.2024 - 21.04.2024) açıqlanıb.

ANAMA-dan  verilən məlumata görə, Tərtər,  Ağdam,  Ağdərə,  Laçın,  Füzuli,  Şuşa,  Xocalı,  Xankəndi,  Kəlbəcər,  Qubadlı,  Xocavənd,  Cəbrayıl və  Zəngilanda 12 piyada əleyhinə mina, 39 tank əleyhinə mina, 452 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1429,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

visiontv.az