Avropa İttifaqı rəqəmsal bazarlarda oyunun qaydalarını sərtləşdirməyə davam edir. Birlik antiinhisar qanunvericiliyini pozduğu və axtarış sistemində öz xidmətlərinə (məsələn, səyahət və otel axtarış platformalarına) haqsız üstünlük verdiyi üçün amerikalı texnologiya nəhənginə milyard dollara yaxın cərimə kəsib.
Bu qərar təkcə maliyyə sanksiyası deyil; bu, həm də rəqəmsal ekosistemdə rəqabət mühitinin qorunması və monopoliyaya qarşı mübarizədə prinsipial mövqedir. Texnologiya nəhənglərinin bazardakı hökmranlığını necə istifadə etməsi bundan sonra daha sərt nəzarət altında olacaq.
Sizcə, bu cür nəhəng cərimələr rəqabəti həqiqətən bərpa edə bilirmi, yoxsa sadəcə işin bir hissəsi kimi qəbul olunur?
İbrahim Nəbioğlu
visiontv.az