Türkiyəli İran aşiqlərindən biri bu fotonu paylaşıb. Guya "Time" jurnalı İranın xarici işlər naziri Seyid Abbas Araqçını zəmanəmizin qəhrəmanı elan edib.
Şübhəsiz ki, yüzdə yüz fars olan Abbas Araqçı ağıllı adamdır. 2025-ci ildə onun "The Power of Negotiation" (Danışıqların gücü) adlı kitabı çıxıb. Yəqin ki, İslamabadda keçirilən ABŞ-İran danışqlardan sonra o, həmin kitabın növbəti bölümünü qələmə alacaq...
Ancaq heç bir halda "Time" Abbas Araqçı haqqında belə bir şey yazmayıb: "O, öz gülüşü və intellekti ilə bütün dünyadakı şeytanların maskasını qoparır."
Ən pisi isə odur ki, belə ucuz təbliğata minlərlə adam inanır. XXI əsrdə bu qədər nadanın yaşaması çox təəccüblüdür...
Elbəyi Həsənli
visiontv.az
