Aptek və ərzaq mağazaları şənbə və bazar günləri də işləyəcək
19.11.2020

2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri yalnız aptek və ərzaq mağazaları işləyəcək.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Visiontv.az-a verilən məlumatda bildirilib.

Məlumatda qeyd edilib ki, 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılacaq.