Antimilli ünsürlər çalışırlar cəmiyyətə aşılasınlar ki, guya Azərbaycanla Türkiyə arasında ziddiyyətlər var-VİDEO
Antimilli ünsürlər çalışırlar cəmiyyətə aşılasınlar ki, guya Azərbaycanla Türkiyə arasında ziddiyyətlər var-VİDEO
24.04.2024 Sahib Alıyev Tərəfindən

Diqqət edirsinizsə, yenə mitinq havasına köklənən antimilli ünsürlər son günlər çalışırlar cəmiyyətə aşılasınlar ki, guya Azərbaycanla qardaş Türkiyə arasında ziddiyyətlər var və o, getdikcə dərinləşəcək. Ermənistanın maraqlarına xidmət edən, onun istəyinə tam uyğun gələn bu informasiya təxribatının arxasında da elə hayları revanşizmə, bizdəki antimilli ünsürləri isə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa həvəsləndirənlər dururlar. Söhbət o güclərdən gedir ki, son üç ildə Azərbaycanla Türkiyəni Rusiya və İranla toqquşdurmaq üçün dəridən-qabıqdan çıxırdılar, amma alınmadı. Və bunun ən gözəl təsdiqi cənab İlham Əliyevin Moskvaya iki gün öncəki səfəri idi ki, Milli Məclisdəki çıxışımda onun üzərində ayrıca dayandım. Burada onu da bildirim ki, fikrimcə, BAM-ın 50 illik yubiley tədbirlərindən birinin məhz cənab Prezidentin sözü gedən səfəri ilə əlaqələndirilməsi, çəkilməsində Ulu Öndərin böyük rolu olan o dəmir yolunun gələcəkdə Azərbaycana da xidmət edəcəyinin sərgilənməsi idi.

visiontv.az