17.09.2019
Axtar
Hadisə
alt

Anasının ölümündən 56 gün sonra dünyaya gəldi

Polşanın Krakov şəhərində universitet xəstəxanasının həkimləri anasının ölümündən 56 gün sonra dünyaya gələn uşağı xilas edə biliblər.

Mk.ru-nun verdiyi xəbərə görə, ana hamiləlik zamanı dünyasını dəyişib. 

Belə ki, sağlamlığında yaranan ciddi problemlərlə əlaqədar o, beş aylıq hamiləlik zamanı xəstəxanaya yerləşdirilib. Beyni artıq ölsə də, həkimlər uşağın bətndə sağlam şəkildə inkişaf etməsi üçün lazımi həyat funksiyalarını qorumağa çalışıblar.

Keysəriyyə üsulu ilə dünyaya gələn qız uşağı hazırda 1250 qram çəkidədir. Bir müddət xəstəxanada saxlanılandan sonra o, nənəsi və babasına təhvil verilib.

Şərh