Amnistiya tətbiq olunmuş şəxslərdən 49-u əcnəbidir
18.01.2022

Amnistiya tətbiq olunmuş şəxslərdən 49-u əcnəbi vətəndaşdır.

Visiontv.az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.

O bildirib ki, amnistiya tətbiq edilən şəxslərdən 505-i qadın, 20-si yetkinlik yaşına çatmayanlar, 363-ü 60 yaşdan yuxarı olanlar, 6-sı isə Vətən müharibəsi iştirakçılarıdır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüsü dəstəkləyərək, Milli Məclis 2021-ci il noyabrın 5-də “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar qəbul edib.