Almaniya Rusiyadakı səfirini geri çağırıb
06.05.2024

Almaniya Rusiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, səfirin geri çağırılmasına səbəb  Almaniyanın Rusiyanı kiberhücumlarda ittiham etməsi olub.

Qeyd edək ki, mayın 3-də Rusiyanın Berlindəki səfirliyinin müvəqqəti işlər vəkili Almaniya XİN-ə çağırılıb. Alman mətbuatı rusiyalı diplomatın XİN-ə çağırılmasının səbəbi kimi Rusiyanın kiberhücumlarını əsas gətirib.

Rusiyalı diplomata Moskvanın 2023-cü ildə Almaniyanın Sosial Demokrat Partiyasının resurslarına kiberhücumlarının sübut olunması ilə əlaqədar etiraz bildirilib.

visiontv.az