Almaniya Ermənistanı və Azərbaycanı cəsarətli addımlar atması və etimadın yaradılması münasibətilə təbrik edir.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Almaniya Federal hökumətinin sözçüsü Steffen Hebestreit "X" paylaşımında deyib.
“Biz suverenliyin, sərhədlərin toxunulmazlığının və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında gələcək normallaşma prosesini dəstəkləməyə hazırıq”, o paylaşımına əlavə edib.