Ailədə ər və arvadın qarşılıqlı hüquq və vəzifələri.... Hüquq saatı...
Ailədə ər və arvadın qarşılıqlı hüquq və vəzifələri.... Hüquq saatı...
07.06.2023 MEDİA Tərəfindən

Ailə münasibətlərinin tarixi inkişaf mərhələsinə baxdıqda bu münasibətlərin ən klassik nümunəsi məhz Roma hüququ üçün xarakterikdir.

Roma hüququnda ailə münasibətlərini tənzimləyən normalar olsa da, ancaq uzun müddət ərzində ailə rəisi (pater familias) məhz ata sayılırdı. O öz himayəsində olanlar üzərində sərhədsiz hakimiyyətə malik idi. Bu hakimiyyət patria potestas (atanın gücü) adlanırdı. Klassik Roma sisteminin ilkin çağlarında ailədə hüquq sahibi olan ailə rəisinin uşaqlarını və xanımını baxmaqda öhdəliyinin olmaması görünürdü. Ancaq atanın ailə üzərində hakimiyyəti özünü ataya verilən mütləq hüquq şəklində göstərirdi. Hətta belə demək kobud alınsa da, ailə rəisi olan atalar ailənin digər şəxsləri üzərində mülkiyyət haqqına sahib idilər. Ailədə əldə edilən bütün əmlak və qeyri-əmlak hüquqları birmənalı şəkildə ərə aid idi. Lakin sonralar klassik Roma hüququnda dəyişiklik olmağa başladı. Bu isə tədricən ailə xanımının da hüquqlarının yaranması və eyni zamanda ər-arvadın bir birilərinə qarşı və həmçinin övladlarına qarşı hüquq və vəzifələrinin əmələ gəlməsi ilə nəticələndi. Bu gün hüquq ailə hüquq sistemimizin tərkibinə daxil olan aliment instutu məhz Roma ailə hüquq münasibətlərində baş verən dəyişiklik nəticəsində əmələ gəlmişdir. Ailədə ehtiyac içində olan şəxslərin baxılması üçün aliment öhdəliyi ilk dəfə olaraq məcburi hala imperator Antoninus Pius (138-161-ci illər) tərəfindən verilən əmr ilə əmələ gəlmişdir. İmperatorun əmri ilə aliment öhdəlikləri valideynlərin üzərinə qanunla məcburi vəzifə kimi qoyulub. Elə bu dövrdən sonra demək olar ki, ailə hüquq münasibətlərində davamlı tərəqqi nəticəsində qadın və kişilərin ailədə bərabər hüquq və vəzifələri əmələ gəlib.

İngiltərədə 1882-ci ilə qədər ər-arvadın mülkiyyəti ümumi hüquqa görə ərə məxsus idi. Hətta nikaha daxil olana qədər arvada məxsus olan əmlak da kişinin mülkiyyəti sayılırdı. İngiltərə parlamenti həmin ildə ərli qadının mülkiyyətinə dair qanun qəbul etdi. Bu qanunla ərli qadınlara həmin mülkiyyətə dair müqavilə bağlamaq və onu vəsiyyət etmək hüququ verildi.

Almaniyada XIX əsrdə nikah müqaviləsi ər-arvadın əmlak münasibətlərini tənzimləmək məqsədilə tətbiq olunurdu. Əgər tərəflər nikah müqaviləsi ilə başqa rejim müəyyən etməzdilərsə, onda istifadə və idarəetmə və yaxud ər-arvadın əmlakının birləşdirilməsi sistemi qanuni sistem kimi müəyyən olunurdu. Bu sistem onunla səciyyələnirdi ki, əmlaka ər-arvadın hər birinin mülkiyyət hüququ saxlanılır; ər ailə əmlakına vahid idarəçiliyi və istifadəni həyata keçirir; arvad öz əmlakı barədə müstəqilliyini saxlayırdı”.

Əmlak münasibətləri

Hüquqşünas daha sonra qeyd edib ki, əmlak münasibətləri zamanı ər-arvadın hüquq və vəzifələri, əmlak rejimləri ilə izah edilir: “Ər-arvadın əmlakının qanuni rejimində nikah müddətində qazanılan ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı münasibətlər, habelə ər-arvadın ümumi əmlakının bölünməsi Ailə Məcəlləsinin VII fəslində göstərilmiş qaydalar əsasında həyata keçirilir. Ər-arvadın mülkiyyətinin müqavilə rejimi isə o deməkdir ki, ər-arvadın əmlak münasibətləri istər nikah dövründə,,istərsə də nikah pozulduqda onlar arasında bağlanan sazişlə müəyyənləşir və bu sazişlə razılaşdırılmış şərtlər qanuni rejimin şərtlərindən fərqli ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ərlə arvad arasında əmlak münasibətləri AR Mülki Məcəlləsi ilə yanaşı, AR Ailə Məcəlləsi ilə də tənzimlənir. Həmin məcəllənin 32.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

Ər-arvadın mülkiyyətinin müqavilə rejimi isə o deməkdir ki, ər-arvadın əmlak münasibətləri istər nikah dövründə, istərsə də nikah pozulduqda onlar arasında bağlanan sazişlə müəyyənləşir və bu sazişlə razılaşdırılmış şərtlər qanuni rejimin şərtlərindən fərqli ola bilər.

Göründüyü kimi ölkəmizdə nikah müqavilələrinin bağlanması üçün real imkanlar yeni Ailə Məcəlləsi qəbul olunduqdan sonra yaranıb. Nikah müqaviləsi və onun məzmunu, bu müqavilənin bağlanması, dəyişdirilməsi, pozulması, etibarsız hesab edilməsi qaydası və əsasları Ailə Məcəlləsinin 38-40-cı maddələrində nəzərdə tutulub.

Nikah müqaviləsi özünün təbiətinə görə mülki müqavilənin bir növü kimi təzahür edir. Bu müqavilə bağlanarkən sazişin qanuniliyinə xələl gətirə biləcək amillər - tərəflərin fəaliyyət qabiliyyətsizliyi, onların azad iradə ifadəsini məhdudlaşdıran hallar, ər-arvaddan birini çox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar yoxlanılmalı və nikah müqaviləsinin bağlanma qaydasına ciddi riayət olunmalıdır. Nikah müqaviləsinin mülki qanunvericilikdə təsbit olunmuş əsaslar və qaydalar üzrə bağlanması ilə yanaşı, onun dəyişdirilməsi və xitamı məsələləri də Mülki Məcəllədə müəyyən edilmiş qaydalara uyğun şəkildə həll olunur. Bununla belə nikah müqaviləsi Ailə Məcəlləsində öz əksini tapmış mülki müqavilələrdən fərqli olan müəyyən spesifik əlamətlərə malikdir. Bu müqavilənin səciyyəvi xüsusiyyəti onun subyekt tərkibi, bağlanma tarixi, müqavilənin predmeti və məzmunu ilə bağlıdır.

ƏR-ARVADIN ŞƏXSİ HÜQUQ VƏ VƏZİFƏLƏRİ

Maddə 29. Ər və arvadın ailə munasibətlərində hüquq bərabərliyi

29.1. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin huquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə munasibətlərində bərabər şəxsi və əmlak huquqlarına malikdirlər.

29.2. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın huquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir.

29.3. Ər (arvad) ozunə məşğuliyyət, sənət və yaşayış yeri secməkdə azaddır.

29.4. Ər-arvad ailədə oz munasibətlərini qarşılıqlı yardım və hormət hissi əsasında qurmalı, ailənin mohkəmləndirilməsi və rifahı ucun birgə fəaliyyət gostərməli, ovladlarının inkişafı ucun əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar.

Maddə 30. Ər-arvadın soyad secmək hüququ

30.1. Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya oz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər.

30.2. Nikaha daxil olanların biri və ya hər ikisi qoşa soyada malik olduqda soyadların birləşdirilməsinə yol verilmir.

30.3. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişdirməsinə səbəb olmur.

30.4. Nikah pozulduqda ər (arvad) umumi soyadlarını saxlamaq və ya nikahdan əvvəlki soyadını bərpa etmək huququna malikdir.

ƏR-ARVADIN ƏMLAKININ QANUNİ REJİMİ

Maddə 31. Ər-arvadın əmlakının qanuni rejimi anlayışı

31.1. Ər-arvadın birgə mulkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.

31.2. Nikah muqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət gostərir.

31.3. Ailə kəndli təsərrufatı uzvlərinin birgə mulkiyyəti uzərində ər-arvadın istifadə, sahiblik və sərəncam hüquqları Azərbaycan Respublikasının mulki qanunvericiliyinə uyğun olaraq muəyyən olunur.

Maddə 32. Ər-arvadın birgə mulkiyyəti

32.1. Nikah muddətində ər-arvadın əldə etdikləri əmlak onların umumi birgə mulkiyyəti sayılır.

32.2. Ər-arvadın umumi birgə mulkiyyətinə:

32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və muavinətlər, eləcə də xususi təyinatı olmayan digər pul odəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə gorə odənilən məbləğ, maddi yardımın məbləği və s.);

32.2.2. ər-arvadın umumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dovrundə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

32.3. Nikah dovrundə ev təsərufatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər uzurlu səbəblərə gorə mustəqil qazancı olmayan ər (arvad) da umumi əmlak uzərində huquqa malikdir.

Maddə 33. Ər-arvadın ümumi əmlakı uzərində sahiblik, istifadə və sərəncam hüququ

33.1. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan umumi daşınar əmlakı uzərində sahiblik, istifadə və sərəncam huququ onların qarşılıqlı razılığı əsasında həyata kecirilir.

33.2. Ər-arvadın umumi əmlakı uzərində sərəncam əqdini onlardan biri həyata kecirirsə, bu halda guman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir.

33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların umumi əmlakı uzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakcısı olan digər tərəf bu cur razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfındən mubahisələndirilə bilər.

33.4. Ər-arvaddan birinin daşınmaz əmlak uzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması ucun digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mulki Məcəlləsi ilə muəyyən olunmuş muddətdə mubahisələndirilə bilər.

Maddə 34. Ər-arvadın hər birinin mulkiyyəti

34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dovrundə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər uzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mulkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın umumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.

Maddə 35. Ər-arvadın hər birinin əmlakının onların birgə mulkiyyəti sayılması

Nikahda olduqları dovrdə ər-arvadın umumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ərarvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) muəyyən edilərsə, həmin əmlak onların birgə mulkiyyəti sayıla bilər.

Maddə 36. Ər-arvadın ümumi əmlakının bolunməsi

36.1. Ər-arvadın umumi əmlakının bolunməsi nikah dovrundə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor odəməni ər-arvadın umumi əmlakında olan onlardan birinin payına yonəltmək ucun umumi əmlakın bolunməsi tələbi barədə ərizə verdikdə həyata kecirilir.

36.2. Ər-arvadın umumi əmlakı onların sazişi əsasında bolunə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər.

36.3. Mubahisə olduqda, ər-arvadın umumi əmlakının bolunməsi, eləcə də bu əmlakda ərarvadın paylarının muəyyən olunması məhkəmə qaydasında həyata kecirilir.

36.4. Məhkəmə ər-arvadın umumi əmlakını bolərkən onların tələbi ilə hər birinə catacaq əmlakı muəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona catası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə muvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər.

36.5. Məhkəmə, ər-arvadın ailə munasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dovrdə hər birinin qazandığı əmlakı onların hər birinin mulkiyyəti hesab edə bilər.

36.6. Yetkinlik yaşına catmayan uşaqların tələbatını odəmək ucun əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bolunmur və əvəzi odənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir.

36.7. Ər-arvadın umumi əmlakı hesabına yetkinlik yaşına catmayan umumi uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus hesaba edilir və umumi əmlakın bolunməsi zamanı nəzərə alınmır.

36.8. Ər-arvadın umumi əmlakı bolundukdə, nikah dovrundə həmin əmlakın bolunməmiş hissəsi, eləcə də nikah dovrundə sonradan qazanılmış əmlak onların birgə mulkiyyətini təşkil edir.

36.9. Nikah pozulduqda ər-arvadın umumi əmlakının bolunməsi haqqında onların tələbinə 3 illik iddia muddəti tətbiq olunur.

Maddə 37. Ər-arvadın ümumi əmlakının bölunməsi zamanı payların muəyyən edilməsi

37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların umumi əmlakının bolunməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına catmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bolunməsi zamanı payları bərabər bolməyə bilər.

37.3. Ümumi əmlak bolunərkən ər-arvadın umumi borcları onun payına uyğun olaraq muəyyən edilir.

Bünyamin Bünyadzadə

Visiontv.az