Ağıllı şəhərlər necə təsvir olunur? - Elvin Abbasov açıqlayır
Videonu Aç
Ağıllı şəhərlər necə təsvir olunur? - Elvin Abbasov açıqlayır
03.05.2021 Elvin ABBASOV Tərəfindən

Ağıllı şəhərlər ağıllı cihazlardan əldə edilən məlumatlarla işləyir. Bu ağıllı cihazlar telefonlar ya da avtomobillərdə olan sensorlar belə ola bilər. Bu cihazlar kifayət qədər məlumat təmin etdikdə isə, məsul şəxslər şəhərin ehtiyaclarını müyəyyən edə və lazımlı infrastruktur işlərini başlada bilərlər.

Ekspert Elvin Abbasov deyir ki, «Ağıllı Şəhər» sisteminin əsas ideyası şəhərin bütün xidmət və obyektlərini vahid kompüterləşdirilmiş sistemdə birləşdirib idarə etməkdən ibarətdir. Bu sistem çərçivəsində bütün obyektlərin üzərində mütamadi monitorinq aparılır və məlumatlar toplanır. Həmin məlumatlar təhlil edilir, bunun sayəsində sistem təkmilləşdirilir və daha effektiv hala gəlir.

Visiontv.az