ABŞ və İran arasında razılaşmanın həssas məqamları var. Əslində Tramp Suriyanı Hizbullah ilə toqquşdurmaq istəyir.
Belə ki, Netanyahu ölkəsinin Livan ərazisindən qoşunlarını çıxarmayacağını və ABŞ-ın İranla əldə etdiyi sazişdə yer alan "Livan bəndi"ni yerinə yetirmək öhdəliyinin olmadığını açıq şəkildə bəyan edib. Buradan görünür ki, döyüşə fasilə verilsə də müharibə bitməyib. Əksinə daha ciddi mərhələyə keçid almaq üzrədir.
Yaxın Şərqdə əsla qan, savaş durmayacaq. Müvəqqəti fasilələrlə İsrail Livan, Suriya üzərində məqsədlərinə çatmaq üçün fəaliyyətini davam edəcək. Netanyahu hökumətinin bəzi nazirləri konkret olaraq Livanda evləri dağıtmaq, əhalini qırmaq barədə açıq fikirlər söyləyirlər. Dünya çox dəhşətli bir aqibətə doğru gedir. Pakistan və Türkiyənin hesabına ABŞ İranla razılığa gəldi. Ancaq növbəti mərhələdə bu dövlətlər ortaq dil tapa bilsələr ABŞ İsraili Livanla bağlı məqsədlərindən çəkindirə bilər. Lakin razılıq olmasa hazırki müqavilə pozula, müharibə təzədən qızışa bilər. İsrail buna ciddi cəhdlə çalışır. Bu pozuluşma müəyyən qədər İranın da əlinə bəhanə verib nüvə zənginləşdirməkdən əl çəkməməyə və məhsulu təhvil verməməyə əsas verə bilər. Həmçinin İranın nüvədən imtina etməsi əslində İsrailə sərf etmir. Ona görə ki, İranı əsasən buna görə hədəf çevirdi. Hazırki durumda, yəni ABŞ və İran arasında razılaşma davam etdiyi surətdə İsrailin əl-qolu bağlanmış olacaq.
Yenə də o fikrimdə qalıram ki, Hizbullahın, Həmasın, Ənsarullahın varlığı, fəaliyyəti İsrail işğallarına dolayı dəstək və əsas verir.
Dinşünas, Tural İrfan
visiontv.az