ABŞ-nin zənginləri Avropanın kasıblarından daha az yaşayır
08.04.2025

Yeni araşdırma göstərib ki, ABŞ-də ən zəngin insanlar belə, Avropanın bəzi yoxsul təbəqələrindən daha qısa ömür sürür.

BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, mütəxəssislər bunu ABŞ-də səhiyyə və sosial təminat sisteminin zəifliyi, stres və qeyri-sağlam həyat tərzi ilə əlaqələndirirlər.

2010–2022-ci illəri əhatə edən araşdırmada 50–85 yaş arası şəxslərin ölüm göstəriciləri müqayisə olunub. Nəticədə məlum olub ki, Avropanın Almaniya, Fransa və Niderland kimi ölkələrindəki kasıb təbəqə belə ABŞ-nin varlılarından daha uzun yaşayır.

Tədqiqatçılar bildirirlər ki, sağlamlıq və həyat keyfiyyəti yalnız gəlir səviyyəsi ilə deyil, yaşanılan ölkənin sosial sistemləri ilə də sıx bağlıdır.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8