ABŞ-la Rusiya arasında yeni gərginlik - Geri qaytaracaqlar
13.05.2020

ABŞ koronavirusla mübarizə çərçivəsində Rusiyadan aldığı süni tənəffüs aparatlarını geri qaytarmaq qərarı alıb.

Visiontv.az DHA-ya istinadən xəbər verir ki, buna səbəb aparaltardakı texniki nasazlıq səbəbindən Rusiyada xəstəxanada yanğın çıxması göstərilib.

Federal Fövqəladə İdarəetmə Agentliyinin sözçüsü Canet Montesi Rusiyadakı yanğınlardan sonra aparatların təhlükəsizliyi məsələsində ehtiyatlandıqlarını, bu səbəbdən də aparatları geri göndərəcəklərini açıqlayıb.

Rusiya tərəfi isə cihazların ABŞ-a göndərilmədən öncə ciddi yoxlanışdan keçirildiyini bildirib.

Qeyd edək ki, ötən həftə Sankt-Peterburq və Moskvadakı iki xəstəxanada süni tənəffüs cihazındakı texniki nasazlıq səbəbindən baş verən iki yanğında 6 xəstə ölüb.