ABŞ İrana görə daha 35 fiziki və hüquqi şəxsi sanksiyalar siyahısına saldı
29.04.2026

ABŞ İranın bank sistemində iştirak etməkdə ittiham olunan 35 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu şəxslər və qurumlar sanksiyalardan yayınma, qanunsuz neft müqavilələri və İranın regiondakı fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı on milyardlarla dollarlıq vəsaitin dövriyyəsinə yardım ediblər.

Qeyd edək ki, aprelin 21-i və 24-də də ABŞ İrana qarşı sanksiyalar tətbiq edib.

visiontv.az