ABŞ-İran gərginliyi fonunda bu səhər Britaniyadakı Fairford aviabazasında çəkilmiş fotolarda ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bombardmançı təyyarələrin döyüş sursatı ilə yüklənmiş vəziyyətdə olduğu müşahidə edilib.
Kadrlarda B-1B Lancer və B-52H Stratofortress bombardmançılarının JDAM tipli aviasiya bombaları ilə təchiz olunduğu görünür.
Məlumata görə, həmin təyyarələr İrana qarşı mümkün hava zərbələri üçün uçuşa hazır vəziyyətdə gözləyir.
Eyni zamanda aviabazaya döyüş sursatları ilə yüklənmiş yeni nəqliyyat təyyarələrinin gəlməsinin davam etdiyi bildirilir.
visiontv.az