ABŞ blokadası davam edərsə, Qırmızı dənizdə ticarət axını dayandırıla bilər
16.04.2026

İranın birgə hərbi komandanlığı bildirib ki, ABŞ-ın İran gəmilərinə qarşı dəniz blokadası davam edərsə, silahlı qüvvələr Qırmızı dəniz və digər regional sularda ticarət axınlarının qarşısını almaq üçün hərəkətə keçəcək.

“Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının komandanı qeyd edib ki, belə şəraitdə İran Ərəb körfəzi, Oman dənizi və Qırmızı dəniz üzərindən ixrac və idxalın davam etməsinə imkan verməyəcək.

visiontv.az