18.08.2019
Axtar
Bürclər
alt

31.07.2019 Bürclər sizə nələr vəd edir?

Qoç
Şəxsi münasibətlərdə qəfil dəyişikliklər və yeniliklər günüdür. Baş verənlər pozitiv məcrada olacağı istisna deyil. Şəxsi münasibətlərdəki fərqi dərhal anlamayacaqsınız. Dostlarla ünsiyyət xoş və faydalı olacaq.

Buğa
Planlarının dəyişməsilə əhvalınız da dəyişəcək. Yeni perspektiv tanışlıqlar istisna deyil. Şəxsi müstəvidə intriqa ünsürləri özünü göstərəcək. Sakit şəraitdə istirahət etmək arzusunu unudun.

Əkizlər
Istənilən situasiyada intuisiya köməyinizə gələcək. Romantik münasibətləri inkişaf etdirmək üçün əlverişli zamandır. Qısqanclığa yol verməyin. Axşam saatlarında aktiv istirahəti seçin.

Xərçəng
Günün hadisələri sürətlə inkişaf edəcək. Cari işlər, gündəlik qayğılar göründüyü kimi sadə olmaya bilər. Gündəlik ev işlərilə belə məşğul olarkən yorulacaqsınız. Axşam saatlarında mütaliə etsəniz əsəbləriniz dincələr.

Şir
Problemlərin bəzilərinin aradan qaldırılması üçün əlinizdən gələni edin. Bu gün qohumlarla bağlı əmlak, maliyyə yardımları kimi məsələsini həll etmək olar. Maliyyə məsələlərinin həllində ehtiyatlı davranın. Axşam saatlarında münasibətlərdə diqqətli olun.

Qız
Bədbinliyə qapılmayın. Şəxsi işlərinizlə məşğul olun. Problemlərin həll yolunu tapın. Gərginlik yaranarsa, güzəştə gedin. Atacağınız addımı ciddi düşünün ki, sonradan peşmançılığını çəkməyəsiniz.

Tərəzi
Tənbəllik etməyin, mümkün qədər çox iş görməyə çalışın. Maraqlı ideya yaranacaq, əməkdaşlıqla bağlı sərfəli təklif alacaqsınız. Yeniliklər edilməsi üçün yaxşı vaxtdır. Axşam saatları görüş, istirahət zamanıdır.

Əqrəb
Yeni işə başlamaq üçün uğurlu vaxtdır. Özünüzə artıq poblem aramayın. Yaxşı olar ki, yarımçıq işləri başa çatdırasınız. Axşam saatlarında romantik təmas istisna deyil. Ümidlərinizin doğrulduğunu hiss edəcəksiniz.

Oxatan
Maraqlarınızı ön plana çəkin. Ev işləri ilə məşğul olmaq, maraqlı yerlərə baş çəkmək, gərəkli əşyalar almaq üçün sərfəli vaxtdır. Səfər, ezamiyyət yaxşı keçəcək. Problemlərin həllində başqalarına etibar etməyin.

Oğlaq
Ünsiyyətdə özünüzü məhdudlaşdırmayın. Qarşılıqlı münasibətlərdə yeni dəyişikliklər gözlənilir. Psixoloji çətinlik olan müstəvidə həssas davranın. Ev və ailə ilə bağlı xərclər arta bilər.

Dolça
Mövcud imkanlardan maksimum fayda əldə etməyə çalışın. Yeni müttəfiq arayın. Maliyyə məsələlərini müzakirə etmək olar. Məqsədə yaxınlaşdıra biləcək istənilən iş üçün uğurlu gündür.

Balıqlar
Sevdiyiniz insanların qayğısına qalın. Yaxınlarınızdan birinin köməyə ehtiyacı ola bilər. Işlərin öhdəsindən çətinlik çəkmədən gələcəksiniz. Ünsiyyət dairənizdə “təmizlik” işləri aparın.

Şərh yazın