25 dekabr - bürc proqnozu
25.12.2020

Visiontv.az 25 dekabra olan bürc proqnozunu təqdim edir.

Qoç - Astroloji göstəricilər bu təqvimdə maraqlı səfərlərə çıxacağınızdan xəbər verir. Əgər planınızda belə bir şey varsa, reallaşdırın. Yeni simalarla üzləşməniz çox əhəmiyyətlidir.

Buğa - Olduqca təzadlı gündür. Ünsiyyətdə olduğunuz adamlar sizi çaşdıra bilər. Perspektivlərinizi reallaşdırmaq üçün müzakirələrə başlayın. Ulduzlar sizi müdafiə etməkdədir.

Əkizlər - Səhər saatlarında müəyyən gərginliklə rastlaşsanız da, bunun neqativ nəticələri görünməyəcək. Təxminən saat 12-dən vəziyyətiniz düzələcək. Amma sağlamlığınızı da gözdən qoymayın.

Xərçəng - Müəyyən təsirlərə məruz qalacağınız gözlənilir. Bunun qarşısını almaq üçün riskli sövdələşmələrdən uzaq durmalısınız. Ümumiyyətlə, bu gün ağlınız kəsməyən işlərə baş qoşmamalısınız.

Şir - Ünsiyyətdə olduğunuz bütün insanlarla davranışlarınızı səmimilik üzərində qurun. Maddi problemlərinizin aradan qalxacağına nikbin baxın. İnsanlara inamsız yanaşmayın.

Qız - Ailə zəminində müəyyən mübahisələriniz gözlənilsə də, bu, nəzərdə tutduğunuz planların reallaşmasına mane olmayacaq. Ailə-sevgi münasibətlərindəki passivliyi də aradan qaldırın.

Tərəzi- Sürprizlər yolunuzu gözləyir. Bu səbəbdən də bir yerdə durmamalısınız. Evə bir qədər gec getsəniz də olar. Əsas məsələ planlarınızı həyata keçirməkdir. Bəxtinizdə pul da var.

Əqrəb - Ulduzların düzümü maliyyə imkanlarınızın genişlənəcəyindən xəbər verir. Varlanmaq üçün xeyli şanslarınız var. Amma gün ərzində mənfi yüklü Ayın bürcünüzdə olmasını da unutmamalısınız.

Oxatan - İştirakçısı olduğunuz proseslərə ciddi yanaşsanız, gün ərzində nəzərdə tutduğunuz perspektivlərin əksəriyyətinə qovuşacaqsınız. Bu gün ulduzlar sizə ciddi məbləğdə pul da vəd edir.

Oğlaq - Daxili sabitliyinizi qoruyun. Əks təqdirdə müttəfiqləriniz sizdən uzaqlaşa bilər. Çalışın ki, hər bir davranışda səmimi və təbii olasınız. Yalan vədlər verməkdən uzaq olun.

Dolça - Ümumi məziyyətlərinə görə, səmərəli gün hesab etmək olar. Ötən günlərin yorğunluğunu nəzərə alıb yaxşıca dincəlin. Çalışın ki, əsas vaxtınızı doğmalarınızla birlikdə keçirəsiniz.

Balıqlar - Ulduzlar səmərəli bir gün yaşayacağınızı bildirir. Gün ərzində hər hansı qanqaraçılığı gözlənilmir. Qərarlarınızda qətiyyətli olsanız, çox sahələrdə bəxtiniz də gətirəcək.