Azərbaycanda dövlət satınalmalarında maraqların toqquşmasının qarşısının alınması üçün süni intellekt və rəqəmsal həllərdən daha geniş istifadə edilməsini təklif etdik. 2025-ci ildə dövlət büdcəsindən dövlət satınalmalarına 10,8 milyard manat vəsait yönəldilib. Bu, ölkənin ümumi daxili məhsulunun (ÜDM) 8,4%-ni təşkil edib.
Ötən il 9 965 elektron tender keçirilsə də, dövlət satınalmalarının dəyər baxımından 54,6%-i, say etibarilə isə 52,4%-i bir mənbədən satınalmaların payına düşüb. Bu, bir mənbədən satınalmaların ümumi tenderlərdə payının 50%-dən çox olduğunu göstərir. Bu da dövlət satınalmalarında elektronlaşma və maraqların toqquşması ilə bağlı meyarların daha yaxından nəzərə alınmasını zəruri edir.
millət vəkili Vüqar Bayramov
visiontv.az