2020-ci il üçün tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digər ali təhsil müəssisəsinə və ya digər ixtisasa köçürülməsinin vaxtı məlum olub.
Visiontv.az-ın verdiyi xəbərə görə, Təhsil Nazirliyindən bildirilib ki, Azərbaycan Respublikasının və ya xarici ölkənin ali təhsil müəssisəsində təhsil almasından asılı olmayaraq bakalavriat və magistratura səviyyələrində tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digər ali təhsil müəssisəsinə və ya digər ixtisasa köçürülməsi yay və qış tətili dövründə Təhsil Nazirliyinin transfer.edu.az elektron portalı vasitəsilə həyata keçirilir.
Beləliklə, tələbələrin köçürülməsi 1-7 fevralda (qış tətil müddəti) və 5-20 iyulda (yay tətili müddəti) həyata keçiriləcək.
APA
Ombudsmanın əlilliyi olan şəxslərin hüquqları ilə bağlı hesabat hazırlaması təklif edilir