190 manatlıq yardımın veriləcəyi rayonların sayı artırıldı
03.07.2020

“Narıncı zonaya daxil olan 8 rayon və şəhərdə 190 manatlıq ödənişlərin verilməsi 2-3 gün ərzində başlanılacaq. 20 iyula qədər karantin rejimi tətbiq ediləcək yeni 8 rayonla bağlı da müzakirələr aparılır və qərar qəbul olunacaq”.

Visiontv.az xəbər verir ki, bunu Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bu gün mətbuat konfransında bildirib.

O deyib ki, bankomatların qarşısında sıxlıqlar yarandığı üçün ödənişlər hissə-hissə veriləcək.

Qeyd edək ki, sərt karantin rejimi Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda  2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək  uzadılıb.