144 vətəndaşımız Türkiyədən Bakıya çatdırılıb
05.06.2020

5 iyun tarixində Azərbaycanın Milli aviadaşıyıcısı Ankaradan Bakıya çarter reysi həyata keçirmişdir. Həmin reyslə 144 nəfər Azərbaycan vətəndaşı Bakıya çatdırılmışdır.

Visiontv.az "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ölkəyə gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.