19.011.2019
Axtar
Hava
alt

10 yanvarda gözlənilən hava şəraiti

10 yanvarda gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında

Yanvarın 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin yanvarın 09-dan 10-na keçən gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 5-8, Bakıda gecə 2-4, gündüz 5-7 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək.  Nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz olacaq.

Azərbaycanın rayonlarında

Yanvarın 10-da havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.

Tibbi-meteoroloji xəbərdarlıq

Yanvarın 09-u axşamdan 10-u gündüzədək Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

http://eco.gov.az

Şərh