Nazir Azərbaycan kibertəhlükələri azaltmaq üçün bütün addımları atır
13.03.2019

Nazir Azərbaycan kibertəhlükələri azaltmaq üçün bütün addımları atır

Azərbaycanda kibertəhlükəsizliyə xüsusi diqqət verilir və kibertəhlükələri azaltmaq üçün bütün addımlar atılır.

Visiontv.Az Trend-ə istinadən xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bakıda kibertəhlükəsizlik üzrə regional forumda deyib.

Nazir bildirib ki, informasiya texnologiyaları sayəsində Azərbaycan iqtisadiyyatı yeni səviyyəyə çıxıb, dövlət və vətəndaşlar arasında münasibətlər isə daha da şəffaflaşıb.

 

O qeyd edib ki, bu gün ölkə əhalisinin 80 faizdən çoxu internetdən istifadə edir.

BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıqdan danışan nazir vurğulayıb ki, təşkilat Azərbaycanda İKT sahəsində keçirilən proqramları dəstəkləyir.