Lənkaranda Yay Ekoloji Turizm Düşərgəsi təşkil olunub
13.05.2019

06-09may 2019-cu il tarixlərində Ekoloji Tarazlıq ictimai birliyi, Kajaani Tətbiqi Elmlər Universiteti (KAMK), və “Ketury” ictimai birliyinin birgə həyata keçirdiyi “Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kəndlərində yerli sənətkarlığa dəstək” layihəsi çərçivəsində Azərbaycan Turizm və Menecment Universiteti və Kajaani Tətbiqi Elmlər Universitetinin tələbələri ilə birgə Lənkaranda Yay Ekoloji Turizm Düşərgəsi təşkil olunmuşdur.

Vision TV - xəbər verir ki,Ekoloji Tarazlıq ictimai birliyi, Kajaani Tətbiqi Elmlər Universiteti (KAMK), və “Ketury” ictimai birliyinin birgə həyata keçirdiyi “Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kəndlərində yerli sənətkarlığa dəstək” layihəsi çərçivəsində Azərbaycan Turizm və Menecment Universiteti və  Kajaani Tətbiqi Elmlər Universitetinin tələbələri ilə birgə 06-09 may 2019-cu il tarixlərində Lənkaranda Yay Ekoloji Turizm Düşərgəsi təşkil olunmuşdur. 

Düşərgənin təşkilində əsas məqsəd Finlandiya və Azərbaycanın turizm və hotel menecmenti sahəsində ixtisaslaşan tələbələri arasında ekoloji turizm sahəsində marketinq potensialının təhlili, Lənkaran regionunun mədəni-irsi, tarixi, ekoloji resurslarının öyrənilməsi, onların birgə ekoloji turlarda iştirakı və Lənkaran-Astara regionu üçün tur paketlərinin hazırlanması və gələcəkdə Finlyandiyadan gələn turistlərə bu tur paketlər vasitəsi ilə ölkəyə cəlb olunmasıdır.

 

Yay düşərgəsində iştirak edən hər iki universitetin tələbələri Lənkaran regionunun ekoturizm regionu olan ərazilərinə, həmçinin müxtəlif etnik azlıqların məskunlaşdığı ərazilərə, bu xalqların əl sənədlərini əks etdirən muzeylərə və sahibkarlıqla məşğul olan ərazilərə səfər etmiş və bu sahədə öz təcrübələrinin genişləndirmişlər. Tədbir çərçivəsində tələbələrə Azərbaycan Turizm və Menecment Universiteti və turizm sahəsi üzrə peşəkar ekspertlər tərəfindən Azərbaycan və qonşu ölkələrdə (Türkiyə, İran, Rusiya və Gürcüstan) eko-turizm təcrübələri barədə, həmçinin, Lənkaran regionunda tur paketlərinin hazırlanması imkanları barədə ətraflı məlumat verildi. Düşərgədə təqdimatlarla çıxış edən hər iki univeritetin tələbələri öz ölkələrinin mövcud turizm potensialı, bu sahədə dövlət dəstəyi, turistlər üçün yeni perspektiv imkanlar barədə məruzə ilə çıxış etdilər.

 

Bununla yanaşı, layihə çərçivəsində 2019-cuildə respublikanın aparici turizm sahəsində olan mütəxəssislər vasitəsi ilə Azərbaycanda ekoloji turizminin inkişafı üçün marketinq strategiyası hazırlanaraq müvafiq dövlət qurumlarına təqdim olunacaqdır. 2019-cu ildə turizm sahəsində çalışan qadın sahibkarlarına biznesin təşkili və müasir marketinq strategiyalarına əsaslanan inkişafı, regional və beynəlxalq əməkdaşlığın inkişafı üzrə təlimlər aparılacaqdır.

 

Vision TV- Fərqanə Əliyeva