"Hər bir peşədə biqeyrət olacaq" – Nazim Pişyaridən sərt AÇIQLAMA- VİDEO – FOTO
15.06.2019

Müğənni səs-küy yaradacaq iddialı açıqlama verib....

ARB TV-nin "Show news" verilişinin növbəti müsahibi müğənni Nazim Pişyari (Faytonçu Nazim) olub: 

VisionTv.az Metbuat.az-a istinadən  xəbər verir ki, müğənni səs-küy yaradacaq iddialı açıqlama verib:

"Mən evlənmişəm, seçimi bir dəfə etmişəm. Vay o kişinin halına ki, evlənir-boşanır... Yorulmadız, xalxın qızlarını bədbəxt etməkdən? Kişi seçimini bir dəfə edər və ölənədək də bir qadınla yaşayar. Oğluma da deyirəm ki, seçimini elə et ki, bir dəfə olsun. 30 il dir ki, evliyəm. Müğənniyə gələn xanım da bilməlidir ki, kiminlə evlənir və ona zəng, mesaj gələ bilər, şantaj oluna bilər. Bunların hamısını həzm edə biləcəksinizsə o zaman müğənni ilə ailə qurun. Ailəni işə qatmaq olmaz. Əgər kişi, kişidirsə hər bir peşədə özünü göstərəcək. Əgər biqeyrətdirsə, hər bir peşədə biqeyrət olacaq".