Bakıda taksi şirkətləri gedişhaqqı tariflərini kəskin şəkildə artırdı-Siyahı
17.06.2019

Bakıda taksi xidmətləri ilə məşğul olan şirkətlər gedişhaqqı tariflərini kəskin şəkildə artırıblar.

VisionTV.az  unikal.org-a istinadən bildirir ki, qiymətlər  50 faizə qədər yüksəlib. Belə ki, əvvəllər *9111 – Ekonom taksi, *2424, *8844 – Siti taksi, 189 – taksi xidməti, *9933 – Salam taksi və digər şirkətlər eyni istiqamətə 3-3.50 manata aparırdılarsa, hazırda bu rəqəm 5-5.40 manat arası dəyişir.

Misal üçün *9933 – Salam taksi Binəqədi qəsəbəsi-Novxanı istiqamətinə 3.30 manata aparırdısa, hazırda bu rəqəm 6 manata qədər yüksəlir.

Mütəxəssislər taksi şirkətlərinin qiymət yüksəltməsinə getməsinə səbəb, vergi ödənişlərinin artmasında görürlər. Bildirirlir ki, vergi ödənişlərində tələblərin artması, şirkətlərin qiymət artımına getməsinə rəvac verib.