Azərbaycan Ordusunun təlimləri zamanı döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilib -- FOTO
Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərində iştirak edən döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilib.
Müdafiə Nazirliyindən Visiontv.Az-a verilən məlumata görə, döyüşə hazır vəziyyətə gətirilən təyyarə və helikopterlər ehtiyat aerodromları və meydançalarına çıxarılıb.
Hava hücumundan müdafiə vasitələrinin ərazidə yerləşdirilməsi sona çatdırılıb.