Qardaş Türkiyə ilə Azərbaycan arasında Ortaq Media Platformasının yaradılması media tariximizdə inqilqabi hadisədir.
"Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfrans Azərbaycanın regionumuzda yaratdığı yeni şərtlərdə baş tutun ilk geniş formatlı beynəlxalq tədbir idi. Konfrans ADA Universitetinin yüksək səviyyəli təşkilatçılığı ilə baş tutdu.
Əlbətdə ilk baxışda bu keçmiş Dağlıq Qarabağ problemi və onun ətrafında baş verən hadisələr üzərindən şərh edilsə də əslində yüz illik siyasi tariximizin kritik mərhələlərində alınan siyasi qərarların izahı və təhlili idi. Konseptual yanaşma, analiz-sintez və tarixi müqayisəli analiz metodları vasitəsilə dərin analitik təhlil apararaq nə qədər mürəkkəb mərhlələrdən keçərək ərzazi bütövlüyümüzü bərpa edə bildiyimizi izah etmiş oldu.
Azərbaycanda məhkum olunmuş şəxslərin Prezident İlham Əliyev tərəfindən əfv edilməsi artıq bir ənənə halını alb. 2003-cü ildə bu günə qədər prezident tərəfindən 36 əfv sərəncamı imzalanıb ki, bu da hər ildə ən azı iki əvf sərəncamının imzalanması deməkdir.
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası(YAP) İdarə heyətinin üzvü Hikmət Babaoğlu Azərbaycanda həyata keçirilən islahatların uğurla baş tutması və daha da dərinləşməsində Parlamentin özünəməxsus yeri və rolu olduğunu deyib.
“Bu vaxta qədər heç bir siyasi lider yumşaq güc adlandırılan medianın imkanlarından bu qədər səmərəli istifadə edə bilməyib”.
Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsindən sonra ilk dəfədir ki, kaputiliyasiya aktına imza atmış Ermənistanda rəsmi şəkildə kommunikasiyaların açılmasından danışırlar və bu baş nazir tərəfindən dilə gətirilir/Şübhəsiz ki , bu özlüyündə yaxşı haldır və Azərbaycanın yaratdığı yeni geosiyasi və geoiqtisadi reallığın Ermənistan tərəfindən qəbul edilməsinin başlanğıcıdır .Ancaq bu hələ heç də o demək deyil ki , Azərbaycan dərhal 30 il torpaqlarımızı işğal altında saxlamış , xalqımıza qarşı hərbi cinayətlər , soyqırımı törətmiş , tarixi, dini və mədəni abidələrimizi yerlə yeksən etmiş bir öklə ilə dərhal əməkdaşlığa başlayacaq .
Ermənilər Cənubi Qafqaza köçürüldükləri ilk gündən məskunlaşdırıldıqları bütün ərazilərimizdə tarixi abidələrimizə və yer adlarımıza qarşı düşünülmüş və məqsədyönlü şəkildə saxtalaşdırma siyasəti həyata keçiriblər. Ona görə ki, gələcəkdə özlərini bu yerlərin sahibi kimi təqdim etməyə əsas yaratmaq fikrində idilər.
Ermənistanın keçmiş prezidenti son açıqlamasında sözün əsli mənasında özünün terrorçu, vaxtilə rəhbərlik etdiyi dövlətin isə terrorçu dövlət olduğunu etiraf edib. Heç bir siyasətçi hələ indiyənədək öz siyasi xələfini qonşu ölkəyə qarşı münasibətdə daha yaxşı və cəsarətli terrorçu ola bilməməkdə qınamayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri tarixi böyük qayıdışımızın ilkin addımları kimi qiymətləndirilə bilər. Əgər biz bu vaxta qədər bir neçə dəfə baş tutmş bənzər səfərlərdə işğaldan azad olunmuş torpaqlarımızda sadəcə Azərbaycan bayrağının qaldırılmasının qürurunu yaşayırdıqsa bu səfərdə artıq həyata keçirilmiş ilkin infrastruktur layihələrinin açılışının və təməlqoyma mərsimlərinin keçirilməsini görürük. Unutmamaliyıq ki, cəmisi bir neçə ay bundan öncə işğal edilmiş torpaqlarımızın azad olunması haqqında düşünürdük.
Cənub Qaz Dəhlizi Azərbaycanın müəllifi olduğu çox mühüm enerji layihələrindən biri kimi tarixə düşüb. Əslində 10 il bundan əvvəl ideya halında olan nəhayət 2014-cü ildən inşa edilməyə başlayan və cəmisi altı ildə tikintisi başa çatdırılan 3500 ki-lik bir kəmərin belə qısa müddətdə istismara verilməsi özlüyündə ayrıca bir hadisədir. Çünki söhbət heç də sadəcə adi bir enerji layihəsindən getmir.