Elxan Şahinoğlu Politoloq
İran Məkkə Sazişinin işə düşməsindən narahatdır

İranın xarici işlər naziri Abbas Əraqçi və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan husilərlə münaqişəni müzakirə etmək üçün telefon danışığı aparmasını Tehranın Ər-Riyada xəbərdarlığı kimi qiymətləndirmək olar. Əraqçi həmkarına Yəməndə hərbi əməliyyatlara diqqət yetirməyin regiondakı vəziyyəti daha da pisləşdirəcəyi barədə xəbərdarlıq edib.

12.10.2026
“Şimal-Cənub” layihəsinin ləngiməsinin səbəbi İrandır

Rusiya Prezidenti Vladimir Putinin “Valday” Beynəlxalq Diskussiya Klubundakı çıxışının ekspertlər arasında müzakirəsi davam edir. Bu çıxışdan ilk nəticə odur ki, Putin Ukraynaya qarşı müharibəni davam etdirəcək. Buna baxmayaraq, Rusiya Prezidenti bu müharibənin ölkəsi üçün mənfi nəticələri olduğunu da etiraf edib. Ancaq onun sözlərinə görə, guya Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamaqdan başqa alternativi olmayıb.

05.10.2026
Tramp Prezidenti seçiləndən ABŞ-nin müxtəlif ölkələrlə ticarətində idxal-ixrac əməliyyatlarını bərabərləşdirməyə çalışır

Donald Tramp ABŞ Prezidenti seçiləndən sonra ölkəsinin müxtəlif ölkələrlə ticarətində idxal-ixrac əməliyyatlarını bərabərləşdirməyə çalışır. Əgər idxal və ixracda balans ABŞ-la əməkdaşlıq edən ölkənin xeyrinədirsə, Tramp həmin ölkənin məhsullarına qarşı yüksək gömrük rüsumları tətbiq edir. Bu halda ABŞ-la iqtisadi sahədə əməkdaşlıq edən ölkənin iki yolu qalır, ya Amerikadan daha çox məhsul almaq, ya da Amerikaya yatırımları artırmaqdır. Bunu etməyənlər Trampın sanksiyaları ilə üzləşirlər. ABŞ-ın iki qonşusu – Kanada və Meksikanın durumu bəllidir. İş o yerə çatıb ki, Kanada Avropa İttifaqına assosiativ üzv olmaq istəyir.

02.10.2026
Trampın BMT-də iştirakı səmərəli oldu

ABŞ Prezidenti Donald Trampın BMT Baş Assamleyasında iştirak məqsədilə Nyu-Yorkda keçirdiyi günlər səmərəli oldu. O həm Baş Assambelyada çıxış etdi, həm də Nyu-Yorkda müxtəlif liderlərlə ikitərəfli görüşlər keçirdi, Körfəz ölkələrinin başçılarıyla ayrıca toplantı təşkil etdi, o cümlədən Danimarka və Qrenlandiya rəhbərləri ilə Arktika təhlükəsizliyi üzrə üçtərəfli saziş imzaladı. Sonuncu Tramp üçün daha əhəmiyyətli idi. Müqavilə Danimarka və Qrenlandiya parlamentlərində ratifikasiya edildikdən sonra qüvvəyə minəcək.

28.09.2026
BRİCS liderlərinin yekun bəyannaməsində ABŞ-İran və Rusiya-Ukrayna müharibələrinə xüsusi diqqət yetirilmədi

Gözlənildiyi kimi, Hindistanda keçirilən BRİCS liderlərinin yekun bəyannaməsində ABŞ-İran və Rusiya-Ukrayna müharibələrinə xüsusi diqqət yetirilməyib. Başqa sözlə BRİCS üzvləri Rusiya və İranı dəstəkləməyiblər. Yekun bəyannamədə Tehran və Moskva Qərb ölkələrinin hədəf seçilməsini istəyirdilər. Ancaq başda sammitin ev yiyəsi - Hindistan olmaqla BRİCS üzvlərinin bir qismi ABŞ və Ukraynanın hədəf seçilməsinin əleyhinə olublar. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov yekun bəyannamədə fikir ayrılıqlarının olduğunu etiraf edib.

15.09.2026
ABŞ Səudiyyə Ərəbistanına nüvə texnologiyası verir, amma bir şərtlə...

ABŞ və Səudiyyə Ərəbistanı arasında nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsini, təcrübə, bilik və texnologiya mübadiləsinin təşviqini nəzərdə tutan sazişdə İsraillə bağlı şərt yoxdur.

27.07.2026
İranın Ermənistandakı səfiri Tehranın (və ya SEPAH-ın) təlimatıyla bizə dil uzadır

İranın Ermənistandakı səfiri Xəlil Şirqulami ötən gün İrəvanda keçirdiyi mətbuat konfransında Əli Xameneinin vida mərasimində Azərbaycan və Türkiyənin Prezidentlərini gözlədiklərini bu sözlərlə ifadə edib:

09.07.2026
Pekin Filippin Prezidentinin Putinlə görüşündən narahat olub

Rusiya Prezidenti Vladimir Putin heç nə olmamış kimi, ölkə ərazisində beynəlxalq forumlar keçirməyə və bu tədbirlərdə əməkdaşlıq barədə nitqlər söyləməyə davam edir. Halbuki, işğalçı müharibə aparan Rusiya ilə əməkdaşlıq imkanları geniş deyil. Növbəti forum iyunun 17-19 tarixində Tatarıstan paytaxtı Kazanda keçirilib.

23.06.2026
Tramp Moskvaya qarşı təzyiqin artırılmasına etiraz etməyib

Gözlənildiyi kimi, “böyük yeddilərin” (G7) Fransada başa çatan toplantısında əsas müzakirə mövzusu Rusiya-Ukrayna müharibəsi olub. “Böyük yeddilərin” liderləri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi vacibliyindən danışıblar. Maraqlıdır ki, Rusiya Prezidenti Vladimir Putinlə dialoq tərəfdarı olan ABŞ Prezidenti Donald Tramp Moskvaya qarşı təzyiqin artırılmasına etiraz etməyib. Bu baxımdan Ukrayna Prezidenti Volodimir Zelenski sammitin nəticələrindən razı qalıb. Ukraynanın hava hücumundan müdafiəsinin daha da gücləndirilməsi barədə razılığın əldə olunmasını sammitin mühüm nəticəsi hesab etmək olar. İndi əsas məsələ bu razılaşmanın qısa müddətdə yerinə yetirilməsini təmin etməkdir.

19.06.2026
İranın Çin və Rusiyadan gözləntisi artıb

İranın xarici işlər naziri Abbas Əraqçının Moskvadan sonra Pekinə səfəri ölkəsinin iki tərəfdaşından Tehrana dəstəyin artırılması gözləntisi ilə bağlıdır. Ukraynaya qarşı işğalçı müharibə Rusiyanın resurslarını tükəndirmək üzrədir. Bu səbəbdən Rusiyanın İrana dəstəyi artırması imkanları məhduddur. Bu vəziyyətdə İranın digər tərəfdaşı Çindən gözləntisi artıb.

08.05.2026
Zelenskinin Azərbaycan səfəri barədə Rusiya mediası nə yazır?

Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfərinə dair Rusiya mediasında yazılanları oxudum.

27.04.2026