Elxan Şahinoğlu Politoloq
Böyük Britaniya ABŞ və Avropa İttifaqı kimi Mərkəzi Asiya resurslarına maraq göstərir

Londonda Böyük Britaniya və Mərkəzi Asiya xarici işlər nazirlərinin 5+1 formatında görüşü keçirilib. Bu format son illərdə xeyli populyarlaşıb. Qərb ölkələri Mərkəzi Asiya dövlətlərinin liderləri və digər rəsmiləri üçün ayrı-ayrılıqda səfərlər təşkil etməkdənsə toplam şəkildə görüş və müzakirələrə üstünlük verirlər. Bunun bir neçə səbəbi var. Birincisi, 5+1 formatında görüş və müzakirələr vaxt itkisinin qarşısını alır. İkincisi, Qərb ölkələri 5+1 formatından istifadə edərək Mərkəzi Asiya ölkələrinin xarici siyasət və təhlükəsizlik məsələlərinə vahid mövqedən yanaşmalarını təmin etdiklərini düşünürlər.

02.03.2026
Azərbaycana Rusiya və Ukraynadan fərqli heyətlər gəlib

Fevralın 25-də Azərbaycana savaş içində olan iki ölkədən – Rusiya və Ukraynadan fərqli heyətlər gəlib. Rusiya Müdafiə Nazirliyinin Silahlanma İdarəsinin rəisi, Hərbi-Kosmik Qüvvələrin silahlanma üzrə baş komandanının müavini, general-polkovnik Yuri Qrexov rəhbərlik etdiyi heyət Bakıda Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Namiq İslamzadə ilə görüş keçirib. Görüş zamanı iki ölkə arasında hərbi-texniki əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub, silahlanma sahəsində təcrübə mübadiləsi və koordinasiya məsələlərinə toxunulub.

28.02.2026
Pakistanla Əfqanıstan arasında gərginlik bölgə ölkələrini narahat edir

Əfqanıstan və Pakistan silahlı qüvvələri arasında yenə toqquşma olub. Vəziyyət gərgin olaraq qalır. Toqquşmalar Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində, Pakistanla sərhəd ərazilərdə qeydə alınıb. Hər iki tərəf ağır silahlardan istifadə edib, itkilər var.

26.02.2026
Azərbaycan İkinci Qarabağ müharibəsində Rusiyanın Ermənistana verdiyi hərbi texnikanı məhv etdi

Azərbaycan İkinci Qarabağ müharibəsində Ermənistan üzərində qələbə qazanmaqla yanaşı qonşu ölkənin illər ərzində Dağlıq Qarabağda yerləşdirdiyi hərbi texnikanı da məhv etdi. Məhv edilən hərbi texnikanın tamamı keçmiş SSRİ və Rusiya istehsalı idi. Bu yerdə 1997-ci ildə böyük qalmaqala səbəb olan hadisəyə müraciət etməyi lazım bilirəm. Həmin ilin aprel ayında Rusiya Dövlət Dumasının Müdafiə məsələləri komitəsinin rəhbəri Lev Roxlin parlamentin qapalı iclasında Rusiyanın Ermənistana qanunsuz şəkildə 1 milyard dollar dəyərində silah və hərbi texnika göndərdiyini bildirdi. Roxlin bu açıqlamasının üstündən bir il keçmiş bağ evində qətlə yetirildi.

16.02.2026
Venesuela keçmiş illərdə olduğu kimi Çinə və Kubaya neft sata bilmir

ABŞ Venesuelanı nəzarətə götürdükdən sonra bu ölkənin neftini fərqli ölkələrə satmağa başlayıb. Venesuela keçmiş illərdə olduğu kimi Çinə və Kubaya neft sata bilmir. Çinin Venesueladan ucuz neft ala bilməməsi və İran ətrafında artan gərginlik Pekini ciddi narahat edir. ABŞ İranı da ram edərsə, Çin bu ölkədən də ucuz neft ala bilməyəcək. İqtisadiyyatı böyüməkdə davam edən Çinin baha qiymətə neft alışı isə bu ölkədə enerji qiymətlərinə təsir edəcək və bu istehsal edilən məhsulların qiymətini artıracaq. Venesuela neftindən məhrumiyyət Kuba iqtisadiyyatına daha mənfi təsir edib. ABŞ-ın təzyiqləri nəticəsində Meksika da Kubaya neft satışını dayandırıb. Kubada turistlər geri qayıda bilmirlər. Çünki, yanacağın yoxluğu hava limanlarındakı təyyarələrin havaya qalxmasını əngəlləyib.

12.02.2026
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə ittifaqına Azərbaycanın da qoşulma ehtimalı ola bilər

Azərbaycan və Türkiyə xarici işlər nazirləri Ceyhin Bayramov və Hakan Fidan fevralın 8-də telefonla danışıblar. Telefon danışığı zamanı regional təhlükəsilzik məsələləri, o cümlədən Azərbaycanla Türkiyə arasında ikitərəfli müttəfiqlik münasibətləri çərçivəsində əməkdaşlıq məsələləri, beynəlxalq təşkilatlar və çoxtərəfli platformalarda birgə səylər müzakirə edilib. Bununla yanaşı, Yaxın Şərqdə vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, eləcə də digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

10.02.2026
Rusiya Cəubi Qafqazdakı hansı vəziyyətdən narahatdır?

Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistan parlamentinin sədri Alen Simonyanın Moskvadakı görüşü gərgin keçib.

07.02.2026
İran Türkiyənin əlini havada buraxdı

Türkiyə bölgədə müharibənin qarşısını almaq üçün Vaşinqtonla Tehran arasında vasitəçilik təşəbbüsləri ilə çıxış etdi, İranın xarici işlər naziri Abbas Əraqçı mütəmadi olaraq türkiyəli həmkarı Hakan Fidanla təmas qurdu, danışıqlar aparıldı.

06.02.2026
Yeni nüvə sazişinin imzalanmaması Vaşinqtonu narahat etmir

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev həyəcan təbili çalıb. Məsələ burasındadır ki, ABŞ-la Rusiya arasında imzalanmış Strateji Silahların Azaldılması Müqaviləsinin müddəti bu gün başa çatır. Bu sazişin müddəti uzadılmayıb. Vaşinqton Moskvanın müqaviləni daha bir il uzatmaq təklifinə razılıq verməyib. Bunun səbəbi Çindir.

05.02.2026
Hindistan ABŞ-ə verdiyi vədi yerinə yetirərsə, bu Rusiyanın problemlərini daha da artıracaq

Nəhayət Vaşinqtonla Dehli arasında razılaşma əldə olundu. Bu razılaş ticarət və enerji sahəsini əhatə edir. Razılaşmaya əsasən, ABŞ qarşılıqlı rüsumları 25 faizdən 18 faizə endirəcək. Bu haqda ABŞ Prezidenti Donald Tramp Truth Social hesabında məlumat verib. Tramp Hindistanın baş naziri Narendra Modi ilə telefonla danışdığını və razılaşma əldə etdiyini yazıb. İki lider ticarət razılaşmasıyla yanaşı Rusiya-Ukrayna müharibəsi barədə də fikir mübadiləsi aparıblar. Bu mövzu Tramp üçün ona görə vacibdir ki, Ağ Ev sahibi Hindistanın Rusiyadan ucuz neft almasını istəmir.

03.02.2026
GUAM artıq əvvəlki illərdəki ittifaqa bənzəmir

GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) 1990-cı illərin sonunda təsis ediləndə bu dörd dövlətin maraqları üst-üstə düşürdü. Bu ittifaqı aktuallaşdıran əsas amil hər 4 ölkənin separatçı bölgələrlə mübarizəsi və Rusiya ilə gərgin münasibətləri idi. Azərbaycanı çıxmaq şərtilə digər 3 ölkə hələ də ərazi bütövlüyünü təmin etməyib, Ukrayna Rusiya ilə müharibəni davam etdirir, Moldovada Avropa İttifaqına üzvlük, bu alınmadıqda Rumıniyaya qatılmaq kimi mövzu müzakirəyə çıxarılıb. Gürcüstanın isə Avropa İttifaqına üzvlük məsələsi indiki hökumətin dövründə aktuallığını itirib.

29.01.2026