Elçin Mirzəbəyli Politoloq
Acınacaqlı məğlubiyyətə uğrayan Ermənistan kollaps vəziyyətindədir - Elçin Mirzəbəyli

Azərbaycanla müharibədə acınacaqlı məğlubiyyətə uğrayan Ermənistan kollaps vəziyyətindədir və bu ölkənin yeganə çıxış yolu mövcud reallıqları qəbul etməkdən və ona uyğun davranmaqdan ibarətdir.

14.04.2021
Köçəryanın ayaqyolu sevgisi

Siyasi şərhçi: “Ayaqyolu bəyanəsilə danışıqlardan qaçan Robert Köçəryan 44 günlük müharibə ərzində gününü ayaqyoluda keçirib” Ermənistanın sabiq prezidenti, hərbi cinayətkar, uşaq qatili Robert Köçəryanın Rusiyanın birinci kanalında yayımlanan “Pozner” verilişinə müsahibəsi ziddiyyətlərlə, bir-birini təkzib edən fikirlərlə zəngin olmaqla yanaşı, həm də jurnalist Vladimir Poznerin, müsahibənin sifarişini verən və yayımlanmasına dəstək verən dairələrin, peşə etikasına, Rusiyanın rəsmi mövqeyinə və beynəlxalq hüquq normalıarına zidd, qərəzli, riyakar mövqelərinin göstəricisi kimi dəyərləndirilməlidir.

07.04.2021
Şuşada “İskəndər-M” raketlərinin qalıqlarının tapılması Moskvanın dilini hələ də açmayıb - Elçin Mirzəbəyli

Rəsmi Moskva ötən ilin iyul ayından başlayaraq, Ermənistana fasiləsiz olaraq, hətta gizli yollarla Rusiyadan silah-sursat, hərbi texnika daşındığı barədə məlumatlandırılıb. Bu müddət ərzində Kreml “müdrikcəsinə” susub.

07.04.2021
“Atan kazaklardır”- Elçin Mirzəbəyli

Rusiyanın informasiya resurslarında, xüsusilə də bu ölkənin əsas dövlət informasiya agentliyi olan TASS-ın hazırladığı xüsusi buraxılışlarda “İskəndər” qısaməsafəlili ballistik raket sisteminin Makedoniyalı İskəndərin şərəfinə adlandırıldığı bildirilir.

03.04.2021
Korrupsiyada “alman dəqiqliyi” - Elçin Mirzəbəyli

Almaniya “öz gözündə tiri görməyib, özgə gözündə qıl axtarmağı sevən” Avropa ölkələri arasında uzun illərdir ki, ön sıralarda yer alır.

30.03.2021
Nə üçün İraq? Nə üçün müdafiə naziri? Və nə üçün Ermənistan? - Elçin Mirzəbəyli

Yəqin ki, İraqın müdafiə nazirinin ilin-günün bu vaxtında Ermənistana səfəri mənim kimi çoxlarını düşündürür. Nə üçün İraq? Nə üçün müdafiə naziri? Və nə üçün Ermənistan?

29.03.2021
HRV, yoxsa Sorosun cəsus şəbəkəsi? - Elçin Mirzəbəyli

Beynəlxalq hüquq müdafiəsi təşkilatları arasında, xüsusilə də Azərbaycanda və postsosialist məkanında ən çox tanınanı mərkəzi mənzil-qərargahı ABŞ-da yerləşən, dünyanın 70-dən çox ölkəsində təmsilçiliyi olan Human Rayts Votç (Human Rights Watch) təşkilatıdır. İllik büdcəsi onmilyonlarla dollar olan HRV vaxtilə “soyuq müharibə silahı” kimi yaradılsa da, hazırda dünyanın ən böyük geosiyasi təzyiq alətlərindən sayılır.

24.03.2021
Müharibə cinayətkarlarının hüquqi müstəvidə təqib edilməsi erməni diasporasının narahatlığına səbəb olub

Ermənistan hərbi birləşmələrinin tərkibində Azərbaycan Ordusuna qarşı döyüşən xarici ölkə vətəndaşlarının – muzdlu müharibə cinayətkarlarının ölkəmizin müvafiq qurumları tərəfindən hüquqi müstəvidə təqib edilmələri məğlub ölkənin və onun məğlub diasporunun narahatlığına səbəb olub. Fransada nəşr olunan nüfuzlu “General de Europe” jurnalında bu ölkənin dövlət qurumlarının Azərbaycan Ordusuna qarşı, Azərbaycan torpaqlarında döyüşən Fransa vətəndaşları ilə bağlı araşdırmalara başlaması barədə yayımlanan məqalə bu narahatlığı daha da gücləndirib.

18.03.2021
Qalib gələcəyi şübhə doğurmayan ölkənin yanında kim olmaq istəməz ki...- Elçin Mirzəbəyli

Prezident İlham Əliyevin Füzuli və Xocavəndə səfəri zamanı Hadrutun alınmasının əhəmiyyəti barədə səsləndirdiyi fikirlərdən sonra, həmin dövrdə sosial şəbəkələrin erməni, rus və ingilisdilli seqmentində, eləcə da sözügedən dillərdə yayımlanan informasiya vasitələrində yayımlanan rəy və şərhlərə yenidən nəzər salmaq qərarına gəldim.

17.03.2021
“Kölgə-şəhər”in kölgəsiz minarələri - Elçin Mirzəbəyli

“Kabus qatar” şeirindən sonra, nədənsə Ağdama yalnız qatarla gedə biləcəyimi düşünürdüm.

15.03.2021
Qadağalar heç bir problemi həll etmir, əksinə yeni problemlər yaradır...- Elçin Mirzəbəyli

Son günlər COVİD-19-a yoluxmalarla bağlı statistikanın birdən-birə dəyişməsi, Novruz bayramı yaxınlaşdıqca gündəlik yoluxmanın artması insanlarda müəyyən şübhələr yaradır. Bu da təbii qəbul olunmalıdır.

12.03.2021