Çünki bu, sadəcə ortaq dil, tarix və mədəniyyət amilindən qaynaqlanan münasibətlər deyil. Uzaq və yaxın tarix, hətta bu günümüz belə ortaq dilin, mədəniyyətin, qohumluğun gerçək dostluq və qardaşlıq üçün yetərli olmadığını təsdiqləyir.
Hacı Şahin Həsənlinin vaxtsız ölümü hər kəsin ürəyinə toxunub. Dinə və onun ayrı-ayrı fərdlərin həyatındakı roluna, ehkam və dəyərlərinə münasibətdə tamamilə fərqli baxışlara sahib olan insanların Şahin bəyin vaxtsız və qəfil ölümündən sarsılmaları, hisslərini, düşüncələrini mübaliğəsiz, boyasız, rəng qatmadan ifadə etmələri də sübuta yetirir ki, o ilk növbədə dürüst, səmimi bir azərbaycanlı, bir insan kimi sevilib. Heç şübhəsiz ki, bu sevgini Hacı Şahin Həsənli sağlığında, öz yaşam tərzi, davranışları, vətənsevərliyi, şəxsinə olan sevgidən sui-istifadə etməmək kimi hər kəsə nəsib olmayan özəlliyi ilə qazanıb...
Ermənistan ərazisindən Azərbaycanın hazırda Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına silah-sursat və canlı qüvvənin daşınması qanunsuz etməni hərbi birləşmələrinin rəsmi İrəvanın təhriki və xeyir-duası ilə genişmiqyaslı təxribata hazırlaşdıqlarını sübuta yetirir.
Ermənistanın “üçlü regional format” hədəfi
Boris Conson Ukrayna telekanalına müsahibəsində NATO-nun Baş katibi postuna namizəd olduğunu bildirib.
Ermənilər “Sumqayıt hadisələri”nin “35-ci ildönümü”nə hazırlaşırlar. Həm də Fransa kimi ölkələrin birbaşa dəstəyi ilə daha qabarıq, daha geniş bir şəkildə...
Separatçıbaşı Araik Arutunyan və Ruben Vardanyanın sülhməramlıların müşaiyəti altında Moskvaya səfərləri bir neçə gün fərqi ilə başa çatdı və hər iki şəxs növbəti dəfə təlimatlarını və təminatlarını alıb geri qayıtdılar. Hətta, uzun müddətdir ki, sükuta qərq olan Samvel Babayanın da Arutunyan və Vardanyanla, təxminən eyni vaxt aralığında Moskvada olduğu və oradan da Xankəndiyə atıldığı barədə məlumatlar var.
Ermənistandan Türkiyəyə göndərilən bir neçə nəfərdən ibarət xalisadecilər qrupunu və yardımı rəsmi İrəvanın qardaş ölkəyə münasibətdə atdığı “humanist addım” kimi dəyərləndirmək kökündən yanlışdır.
Əgər söhbət rejimlərdən gedirsə, burada yeni heç nə yoxdur. Panfarsist molla rejimi, zatən İrəvandakı panerməni rejiminin və bütün ultramillətçi erməniliyin dostdoğma qardaşı, bacısı, əmisi uşağı, xalası nəvəsi və daha nə bilim nəyidir.
Bu gün Fransanın Azərbaycana qarşı səlib yürüşünün ön görüntülərinin əsaslandırılmasına xidmət edən məqamlardan biri də ölkəmizdə yaşayan etnik erməni azlığının hüquqları ilə bağlıdır.
Birləşmiş Ştatlarda, Fransada, Rusiyada və dünyanın müxtəlif ölkələrində qondarma erməni soyqırımı və Qarabağın Azərbaycandan qopardılması məsələsində fəallıq və barışmazlıq nümayiş etdirən şəxslərin böyük əksəriyyətinin həm də öz şəxsi biznes maraqları uğrunda “savaşdıqları” barədə dəfələrlə yazmışam.