Elvin ABBASOV İKT eksperti
Azərbaycan və Çin arasında kosmosda əməkdaşlıq: strateji tərəfdaşlığa doğru addım

Azərbaycan və Çin arasında kosmosda əməkdaşlıq və kosmik fəzadan dinc məqsədlərlə istifadə üzrə imzalanmış Anlaşma Memorandumu ölkəmizin kosmik sənayesinə strateji təsir göstərə biləcək mühüm addım kimi qiymətləndirilir. Çin bu sahədə Ay və Mars missiyaları həyata keçirmiş, “BeiDou” naviqasiya sistemi və “Tiangong” kosmik stansiyası ilə texnoloji müstəqilliyini təsdiqləmiş güclü tərəfdaşdır. Bu əməkdaşlıq Azərbaycan üçün yalnız texnoloji transfer deyil, həm də kosmik layihələrdə birbaşa tərəfdaşlıq imkanları yaradır.

24.04.2025
Azərbaycan ilə Çin arasında texnologiya sahəsi üzrə əməkdaşlq əsas prioritetlərindən biri kimi ön plana çıxır

Azərbaycan ilə Çin arasında imzalanan “hərtərəfli strateji tərəfdaşlıq” bəyanatı çərçivəsində texnologiya sahəsi əməkdaşlığın əsas prioritetlərindən biri kimi ön plana çıxır. Xüsusilə elm və texnologiya, rəqəmsal iqtisadiyyat, süni intellekt və kosmos sahəsində imzalanmış sənədlər bu istiqamətdə qarşılıqlı marağın və strateji baxışın olduğunu göstərir. Çin bu sahələrdə qlobal liderlərdən biri kimi tanınır və onun təcrübəsi Azərbaycanın texnoloji inkişafında mühüm rol oynaya bilər.

23.04.2025
Azərbaycanda Genişzolaqlı İnternetin sürətində müsbət dinamika davam edir

Genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət olan “Ookla”nın mart ayı üzrə hesabatına əsasən, Azərbaycanda genişzolaqlı internetin sürəti son 12 ay ərzində əhəmiyyətli dərəcədə artaraq orta hesabla 73,60 Mbit/s-ə çatmışdır. Bu, illik sürətin 92% artımı deməkdir. Qeyd edim ki, ötən ilin mart ayında bu göstərici 38.32 Mbit/s idi.

17.04.2025
E-İştirak platforması nə zaman istifadəyə veriləcək?

Rəqəmsal hökumət quruculuğunun əsas dayaqlarından biri olan e-iştirak (elektron iştirakçılıq) platformasının ölkəmizdə hələ də tam şəkildə formalaşmaması narahatedici məqamlardan biridir. Gecikmənin səbəbi hüquqi bazanın tam formalaşmaması, yoxsa texniki çətinliklərdirmi?

16.04.2025
Azərbaycanda yeni sığorta xidməti təklif olunur: Faydalanmaq istəyənlər şərtlərlə diqqətlə tanış olsun

Azərbaycanda rəqəmsal təhlükələrə qarşı yeni sığorta xidməti təklif olunur. Phishing və Skimming kimi kiberdələduzluq hallarına qarşı özünüzü sığortalaya bilərsiniz

15.04.2025
Kodlaşdırılmış qərəz: Süni intellekt və Texnologiyanın soyqırımlardakı rolu

İstər süni, istər təbii – zəka neytraldır, insan qərəzli! Bu yazıda tərəqqi ilə vəhşiliyin kəsişməsindən, texnologiyanın qaranlıq güzgüsündən danışmağa çalışacağam. Çünki gələcəyin silahı rəqəmsal texnologiyalar olsa da, barıt hələ də insanın içindədir.

14.04.2025
Süni intellekt ağıllı görünə bilər, amma o, “canlı” deyil

Süni intellekt insanı əvəz edə biləcəkmi? Rasional və praqmatik perspektivdən fəlsəfi təhlil

09.04.2025
İnsan öz yaratdığı "Süni Zəka"dan niyə qorxur?

İllərdir süni intellektin bir gün insanlığın sonu olacağı barədə fikirlər səsləndirilir. Bu sual məni düşündürür. Şəxsən mən realist biri kimi burada təhlükə görmürəm! Amma bir çox insan, hətta alimlər belə süni intellektin real təhlükə ola biləcəyini düşünür.

07.04.2025
Azərbaycanın 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası mühüm bir mərhələdir

Azərbaycanın 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası ölkənin rəqəmsal transformasiya yolunda mühüm bir mərhələdir.

23.03.2025
Xarici şirkətlərə tam “yox” demək realist deyil, amma onların təcrübəsindən ağıllı istifadə etməliyik

Xarici konsaltinq şirkətlərinin həqiqi misyası nədir? Bu sual Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə strateji layihələrin uğursuzluğu ilə üzləşəndə ağla gələn ilk suallardan biridir. Xüsusən ABŞ mənşəli şirkətlər öz ölkələrində və ya ABŞ-ın maraq dairəsindəki bölgələrdə (Qərbi Avropa, Yaponiya kimi) parlaq nəticələr əldə edir. Amma Azərbaycan kimi ölkələrdə milyonlarla dollar ödənişə baxmayaraq layihələr ya qismən uğursuz olur, ya da uzunmüddətli təsir göstərmir. Bəlkə onların misyası sadəcə pul qazanmaqdır? Yoxsa daha dərin bir gündəm var – bizi bilərəkdən zəif saxlamaq, inkişafdan geri qoymaq? Bu şübhə təsadüfi deyil və qlobal güc dinamikasına baxdıqda məntiqli görünür.

17.03.2025
Nədən danışırıqsa, internetdə reklamı görünür – Telefonlar dinlənilir? VİDEO

Telefon yanımızda olarkən danışdığımız mövzuya uyğun reklamlar təklif edilir... Bəzən ətrafımızda nədən danışırıqsa, telefonda onun reklamını görürük...

03.12.2024