Telefon yanımızda olarkən danışdığımız mövzuya uyğun reklamlar təklif edilir... Bəzən ətrafımızda nədən danışırıqsa, telefonda onun reklamını görürük...
Effektiv iqlim fəaliyyətini sürətləndirmək üçün COP29 çərçivəsində yeni razılaşmalar və əməkdaşlıqlar təsis edilir. Səylər gücləndikcə, tərəqqi də sürətlənəcək. İnanıram ki, iqlimlə bağlı birgə fəaliyyət üçün COP29 dönüş nöqtələrindən biri olacaq.
Meta şirkəti, Facebook və Instagram platformalarında saxta hesablar (fake profil) və seksual şantaj (sextortion) ilə mübarizəni gücləndirir. Bu istiqamətdə yeni həllər və alətlər təkmilləşdirib.
Üztanıma texnologiyası vasitəsilə qatarlarda ödənişi həyata keçirən bir çox ölkə var. Məsələn, illərdir Çin, Rusiya, Yaponiya və Qazaxıstan bu texnologiyanı metro və qatar ödəniş sistemlərində tətbiq edirlər. Bu texnologiya, ödəniş prosesini sürətləndirmək və təhlükəsizliyi artırmaq məqsədi daşıyır. Bəs Azərbaycanda bu texnologiyanın tətbiqi nə dərəcədə uğurlu olacaq?
2024-cü ilin sonuna az qaldı. “Online Azərbaycan” layihəsi Azərbaycanı beynəlxalq indekslərdə müsbətə çıxarda bilirmi? Ölkəmizdə genişzolaqlı internetin sürəti barədə beynəlxalq hesabatlarda müsbət dinamika görünür. “Ookla” şirkəti tərəfindən təqdim edilən hesabata nəzər yetirək.
Azərbaycanda illərdir bir çox qurum və nazirliklərdə diqqətimi çəkən əsas problemlərdən biri də odur ki, inkişaf etmiş ölkələrdəki təcrübəni birbaşa ölkəmizdə tətbiq edirlər. Şəxsən bir çox nazirlik və alt qurumlarda qoşulduğum müzakirələrdə buna şahid olmuşam. Nəzərə almırlar ki, inkişaf etmiş ölkələrin vətəndaşlarının da o müstəviyə gəlib çıxıb. Buna görədə bir çox layihə ölkəmizdə uğursuz olur, Layihə xətrinə layihə olur.
Artıq elektron cihazlar və rəqəmsal mühitlər də müharibələrin əsas komponentlərinə çevrilmişdir. Bu yeni dövrdə “Elektron Müharibə” və “Rəqəmsal Sui-qəsdlər” kimi anlayışlar ön plana çıxmaqdadır.
Bu, proqnoz deyil, provayderlərin “İnformasiya əldə etmək haqqında” qanuna uyğun olaraq, 30 gün əvvəl yayımladıqları xəbərdarlıqlara əsaslanıram. İyulun 12-də özəl provayderlər, 17 iyulda isə dövlət provayderləri bu barədə məlumat yayıblar.
Ölkədə rəqəmsallaşma dedikdə dövlət qurumlarının ağılına ilk olaraq xidməti portallar və ya mobil tətbiqlər yaratmaq gəlir. Halbuki hər rəqəmsal xidmət üçün portal və ya tətbiq yaratmağa ehtiyac yoxdur.
DeepFake, GSM baza stansiyası dalğaları, İnternet infrastrukturu və rəqəmsallaşma.
Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb.