Lerik rayonunda Qarabağ  müharibəsində şəhid olmuş  Hacıyev Səxavət Əbi oğlunun xatirəsinə həsr  olunmuş tədbir keçirilib
08.06.2019

Qarabağ  müharibəsində şəhid olmuş  Hacıyev Səxavət Əbi oğlunun xatirəsinə həsr  olunmuş tədbirdə İctimai Birliyin işçi heyyəti və üzvləri , dəvət olunmuş qonaqlar ,media  nümayəndələri  1,2,3 saylı tam orta məktəbin  şagirdləri  iştirak etmişdir .

Vision TV -yə verilən məlumata görə, 07/06/2019-cu il tarixində 20 Yanvar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti  yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi  "Yeniyetmə və gənclər arasında Milli Qəhrəmanlarımızın tanıdılmasına həsr olunan tədbirlərin təşkili" layihə çərçivəsində Lerik rayonu Mədəniyyət evində   yeniyetmə və gənclərlə  görüş  keçirib.

Qarabağ  müharibəsində şəhid olmuş  Hacıyev Səxavət Əbi oğlunun xatirəsinə həsr  olunmuş tədbirdə İctimai Birliyin işçi heyyəti və üzvləri , dəvət olunmuş qonaqlar ,media  nümayəndələri  1,2,3 saylı tam orta məktəbin  şagirdləri  iştirak etmişdir .

 

Tədbirdə məktəblilər şerlər demiş , hərbi-vətənpərvərlik mahnıları ifa edilmişdir.Sonda xatirə şəkili çəkilmişdir .

 

Vision TV-Fərqanə Əliyeva