2028-ci ilə qədər iş yerlərinin 30%-i yox olacaq?!
12.06.2026

Tarixi sarsıdan "Böyük Depressiya" dövründə bu rəqəm cəmi 6% idi. Google X-in keçmiş direktoru Mo Qavdat xəbərdarlıq edir: Biz rəqabət aparan fərqli proqramlar qurmuruq, fərqində olmadan qlobal və nəhəng bir "Planetar Beyn" inşa edirik.

Qavdatın fikrincə, 2038-ci ildə bizi böyük bir bolluq utopiyası gözləyir. Amma ora qədər gedən yol çoooox xoşagəlməz bir onillikdən keçəcək. Dövlətlər və korporasiyalar Sİ-ni ilk növbədə kütləvi nəzarət və güc toplamaq üçün istifadə edəcəklər.

Bəs bu dövrdə necə sağ qalmalı?

–EQ (Emosional İntellekt): Maşınların kopyalaya bilmədiyi tək şey insani bağlar və empatiyadır.

–Dərin Analiz: Səthi işləri Sİ-yə dövr edin, strateji düşüncəyə fokuslanın.

–Şübhə Mədəniyyəti: Rəqəmsal dünyada gördüyünüz hər şeyə inanmayın, fact-checking artıq bir lüks deyil, sağ qalma alətidir.

Sizcə, süni intellekt bizi cənnətə aparır, yoxsa insan axmaqlığını daha da gücləndirir?

İbrahim Nəbioğlu

visiontv.az