Mars uzaqdan sakit və gözəl görünsə də, insan üçün son dərəcə təhlükəli bir dünyadır. Onun atmosferi çox nazikdir və əsasən karbon qazından ibarətdir, buna görə insan orada xüsusi qoruyucu avadanlıq olmadan bir neçə dəqiqədən artıq yaşaya bilməz.
Marsda orta qış temperaturu təxminən -60°C olsa da, qütb bölgələrində qış gecələri zamanı temperatur -153°C-yə enə bilər (Yerdə təxminən -89°C).
Planetdə bəzən bütün səthi örtən nəhəng toz fırtınaları baş verir və bu həftələrlə davam edir.
Marsın qlobal maqnit sahəsi olmadığı üçün səth güclü kosmik və Günəş radiasiyasına məruz qalır. Buna baxmayaraq, alimlər gələcəkdə insanların məhz bu qorxunc qırmızı planetdə yaşayacaqlarına ümid edirlər.
Astranomiya
visiontv.az