Yaponiyanı idarə edən Samuray ailələri və siyasi klanlar
20.03.2025

Dünya siyasətinin yeni episentri olacaq Sakit Okean regionuna maraq artdıqca bölgə ölkələrinin xarici siyasət kursu ilə yanaşı, daxili konyuktura, güclər balansı, siyasi sistem insanların ən çox maraqlandığı mövzuya çevrilir. Çinlə bağlı bu mövzunu işlədiyim üçün artıq bir çoxları üçün mövcud sistem tam aydındır. Lakin bölgənin digər gücü Yaponiya haqqında isə demək olar ki, məlumat 0-dır.

Yaponiya demokratiyasına heç kimin şübhə etmədiyi ölkələrdən biridir. Lakin daha yaxından araşdırdıqda məlum olur ki, müharibədən sonrakı bütün dövr ərzində eyni güclər hakimiyyətdə təmsil olunublar. Misal üçün keçmiş baş nazir Kişida....Kişida təcrübəli siyasətçidir. O, keçmişdə xarici işlər naziri, elm və texnologiya naziri vəzifələrində çalışıb. Üstəlik, Fumio Kişida irsi siyasətçidir. Atası Xirosimadan olan parlament üzvü idi. Onun əmisi oğlunun da parlament mandatı var və Kişidanın xalası əri bir vaxtlar Xirosima prefekturasının qubernatoru olub. Beləliklə, Yaponiyanın sabiq baş nazirinin ailəsi üç nəsil ərzində yüksək siyasi elitanın bir hissəsi olub.

Bunda təəccüblü heç nə yoxdur. Yapon siyasi elitası təkcə təcridliyi ilə deyil, həm də hakimiyyət və imtiyazları vərəsəlik yolu ilə ötürmək üçün diqqətəlayiq meyli ilə seçilir. Üstəlik, zaman keçdikcə Yaponiya siyasətində qohumbazlıq böyüyür. Bu vəziyyət mütəxəssislərə yaxşı məlumdur, lakin geniş ictimaiyyət bu barədə çox az şey bilir, ən azı Yaponiyanın özündən kənarda. Azərbaycan kimi bu mövzularda gənc mütəxəssis yetişdirə bilməyən ölkələr üçün isə bu mövzu ümumiyyətlə yaddır. Son seçkilərin xüsusi olduğunu düşünmək olmaz, çünki seçkilərdə çoxlu siyasi aristokratlar iştirak edirdi. Əsrlər öncəsinə qayıtsaq görərik ki, indiki Yapon siyasi klanlarının əksəriyyəti Meiji İnqilabından (1868) qısa müddət sonra kəndli və sənətkar ailələrindən olan insanlar tərəfindən yaradılıb. Buna baxmayaraq, Yaponiya isteblişmentində bir əsrdən artıq hakimiyyət başında olan ailələr də var. Misal üçün, sabiq baş nazir Morihiro Hosokawa (1993-1994) ən köklü ailənin təmsilçisi idi. Onun birbaşa kişi xəttindəki əcdadı 17-ci əsrin əvvəllərində Tokuqava şoqun sülaləsini hakimiyyətə gətirən daimyolardan biri idi. Ümumiyyətlə, bu baş nazirin ailəsinin sənədləşdirilmiş tarixi ötən minilliyə gedib çıxır.

Hörmətli oxucularımı çox sayda adla yükləmək və bu məqaləni ailə ağaclarının yayıldığı sıx bir meşəyə çevirmək istəmədiyim üçün mövzunu yalnız birbaşa əlaqə xətti ilə məhdudlaşdırıram, yəni atalar və babalar haqqında danışırıq. Əslində, vəziyyət daha maraqlıdır. Çünkü yapon siyasətçilərinin demək olar ki, əksəriyyətinin ataları, babaları və ulu babaları deyil, həm də onların əmiləri, qardaşları, əmioğluları və daha uzaq qohumları parlamentdə və nazir kürsüsündədirlər. Maraqlıdır ki, yapon siyasi klanlarının bir-birinə qarışma ehtimalı çox da yüksək deyil. Onlar qızlarını biznes klanlarından olan adamlara daha çox milli maqnatların oğullarına deyil, öz dairələrində nüfuzu olan ailələrin nümayəndələrinə ərə verməyə üstünlük verirlər. Yaponiya parlamentli respublikadır, ona görə də bu siyasət məntiqlidir, həm də ona görə ki, yerli dəstək əsasında müəyyən edilən parlament stajı yüksək dövlət vəzifələrinə təyinat üçün ən vacib meyarlardan biridir (deputat parlamentdə nə qədər çox müddət işləsə, onun nazir portfelini almaq ehtimalı bir o qədər yüksəkdir).

Pərviz Əliyev

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8