Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov İranın nüvə proqramı ilə bağlı deyib ki, ölkənin nüvə fəaliyyətinə beynəlxalq yanaşma mənfidir.
“İndi beynəlxalq arenada İranın nüvə proqramı ilə bağlı mənfi tendensiya, o cümlədən İranı təhlükəsizlik sazişinə əməl etməməkdə ittiham edən qətnamənin qəbulu ideyası var”, - deyə, Ulyanov bildirib.
visiontv.az