Yaşamaq sevincini rəsm etmək
20.03.2025

20-ci əsrin əvvəllərində Henri Matiss "Yaşamaq sevinci" adlı rəsmində cənnət bağında rəqs edən fiqurlarla təbii mutluluğu təsvir edərkən, Pablo Pikasso 1946-cı ildə eyni adlı əsərində savaşın qaranlığından çıxma ümidini həndəsi formalarla rəsm etmişdir.

1-ci tablo

Matisin fiqurları aydındır, qalın xətlərlə təsvir edilib, xarakterlər fars miniatürləri və yapon qravüralarına bənzəyirlər. Tablodakı duyğu burulğanı məharətlə verilib, həyatın sevinci rəngli bir illüziya kimi təsvir edilib; səma, dəniz, çimərlik və sıx ağaçlar fonunda rəqs edən, musiqi çalan və qucaqlaşan sevgi dolu cütlüklərin mutluluqlarını görürük.

2-ci tablo

İkinci tabloda savaşdan sonra rənglərin və həyat sevincinin Pikassonun kətanlarına qayıtdığını görürük - bayram ab-havası hökm sürür, faun və kentavr fleyta çalır, çılpaq qadın rəqs edir, şən uşaqlar ətrafda oynaşırlar, yaşıl ağac çiçək açır…

Tablo 2015-ci ildə “Christie's” hərracında 28,2 milyon dollara satıldı ki, bu da Pikassonun hərracda satılan ən bahalı əsərlərindən oldu.

Bu iki şah əsər iki fərqli dövrün ruhunu əks etdirsə də, hər iki tabloda yaşamaq sevincinin təkcə mutluluq deyil, həm də ümid, müqavimət və həyata bağlılıq olduğunu göstərir.

İbrahim Nəbioğlu

visiontv.az

 



Gündəlik

slide 7 to 10 of 8