İranın ədliyyə naziri Ermənistanın Tehrandakı səfiri ilə görüşüb
21.03.2025

“Eco News” saytı xəbər verir ki, İranın ədliyyə naziri Əmin Hüseyn Rəhimi Ermənistanın Tehrandakı səfiri Qriqor Akopyanla bir araya gəlib.

Məlumata görə, görüşdə “İran və Ermənistan arasında uzunmüddətli, mədəni və tarixi əlaqələrə” toxunan nazir Pezeşkian admisitrasiyasının siysətinin xüsusilə qonşu ölkələrlə münasibətlər və dostluq əlaqələrini inkişaf etdirmək olduğunu dilə gətirib.

Ədliyyə naziri qeyd edib ki, “qonşu ölkələrlə ikitərəfli əlaqələrin inkişafı ilə bağlı İranın heç bir məhdudiyyəti yoxdur”.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8