Xarici diplomatlar Xankəndidə Zəfər Parkında olublar - FOTO
01.05.2026

Qarabağda səfərdə olan diplomatik korpus nümayəndələri Xankəndi şəhərində salınmış Zəfər Parkında olublar.

Nümayəndə  heyətinə  Xankəndi şəhərində 9 hektarlıq ərazidə salınan və  Azərbaycanın tarixi qələbəsini əks etdirən  Zəfər Parkı, 44 günlük müharibəni simvolizə edən 44 metr hündürlükdə  Zəfər Tağı haqqında məlumat verilib.

Nümayəndə heyəti parkda quraşdırılmış lövhələr üzərində müharibənin gedişi barədə məlumatlar, o cümlədən azad olunmuş yaşayış məntəqələrinin adları, eyni zamanda, 2023-cü ildə keçirilmiş antiterror əməliyyatının nəticələrini əks etdirən məlumatlarla tanış olublar.

Qeyd edək ki, səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən artıq səfir, diplomat, hərbi attaşe və digər nümayəndə iştirak edir. İki gün davam edəcək səfər zamanı qonaqlar  Xankəndi şəhərində, Xocalı, Şuşa və  Laçın rayonlarında olacaq, bölgədə aparılan yenidənqurma və bərpa işlərini yerində izləyəcək, həmçinin sosial və iqtisadi əhəmiyyətli obyektlərlə tanış olacaqlar.

visiontv.az