"İsrail Müdafiə Qüvvələri (SAXAL) ilə birlikdə dövlətin strateji mövqeyi dəyişdirilib və gücü artırılıb".
Bununla bağlı, İsrailin "Mossad" xarici kəşfiyyat xidmətinin rəhbəri David Barnea qurumun qərargahında 2025-ci il üzrə mükafatların təqdim edilməsi mərasimi zamanı bildirib.
Tədbirdə rəhbərlik nümayəndələri, "Mossad" əməkdaşları, eləcə də İsrail Müdafiə Qüvvələrindən və digər təhlükəsizlik, kəşfiyyat qurumlarından nümayəndələr iştirak ediblər.
Bu il ölkənin təhlükəsizliyinə əhəmiyyətli töhfə verən, müxtəlif təhlükəsizlik və kəşfiyyat qurumları ilə yüksək səviyyədə koordinasiyanı əks etdirən 10 əməliyyat və layihə qeydə alınıb.
Bu layihələr arasında düşmənin qapalı strukturlarından strateji və taktiki kəşfiyyat məlumatlarının əldə edilməsi üzrə proseslər də var. Barneanın sözlərinə görə, bu əməliyyatlar İrana qarşı kampaniya çərçivəsində və şimal istiqamətində bir sıra addımların reallaşdırılmasını asanlaşdırıb.
visiontv.az