İran daxilində iqtisadi və sosial gərginlik kəskin şəkildə artmaqdadır
01.05.2026

İran adlanan ölkədən gələn məlumatlara görə, müharibədən sonra ərzaq və müxtəlif qida məhsullarının qiymətlərində kəskin artım qeydə alınıb. Bildirilir ki, bu artım təxminən 70 faiz təşkil edir.

Eyni zamanda müalicə və dərman xərclərinin yüksəlməsi əhalinin yaşayışını daha da çətinləşdirib. Xidmət haqlarının artması və mənzil kirayələrinin 20–30 faiz bahalaşması da insanların gələcəyə ümidini bitirib.

Məlumatlara əsasən, fars-molla terror rejimi ictimai etirazları və küçə aksiyalarını nəzarətdə saxlamaq üçün müxtəlif sosial və ideoloji vasitələrdən istifadə edir. Bunlara dini mərasimlərin təşkili, kütləvi tədbirlər, eləcə də müxtəlif ictimai kampaniyaların həyata keçirilməsi kimi addımlar daxil edilir.

Məlumatlara görə, ölkə daxilində iqtisadi və sosial gərginlik kəskin şəkildə artmaqdadır və əhali arasında narazılıq, ümidsizlik, rejimə etimadsızlıq və yorğunluq müşahidə olunur. Vətəndaşlar hesab edirlər ki, mövcud böhranlı və ağır vəziyyət və rejimin aqressiv siyasətləri bu şəkildə davam edərsə, hakimiyyətin daxili parçalanma ciddi şəkildə artacaq və uzunmüddətli böhranlara və hətta çöküşə səbəb olacaq. Çünkü insanlar artıq dalana dirəniblər və rejimin onları düşünəcəyinə güvənmirlər.

Sadiq İsabəyli

visiontv.az