BMT Baş katibinin müavini gələn həftə Azərbaycana səfər edəcək
01.05.2026

BMT Baş katibinin müavini Əminə Ceyn Məhəmməd gələn həftə Azərbaycana səfər edəcək.

Bunu  BMT-nin  Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç bildirib.

Onun sözlərinə görə, səfər WUF13-lə bağlıdır.

“Biz artıq bütün qonaqları qəbul etməyə hazırıq. Gələn həftə üçün WUF üzrə səlahiyyətli rəsmilərimizi, BMT Baş katibinin müavinini və BMT Habitat-ın icraçı direktorunu qəbul edəcəyik”, - Qarafuliç vurğulayıb.

visiontv.az