Türkiyə Malatyada "Patriot" sistemi yerləşdirir
10.03.2026

Türkiyə hava məkanının qorunması üçün Malatya bölgəsində "Patriot" hava hücumundan müdafiə sistemi yerləşdirəcək.

 Bu  barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Türkiyənin hava məkanının təhlükəsizliyini təmin etmək üçün  NATO  və müttəfiq ölkələrlə əlaqələndirilmiş şəkildə lazımi addımlar atılır. Bölgədəki son hadisələr nəzərə alınmaqla sərhədlərin və hava məkanının təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirlər görülür. Bu proses boyunca  NATO və müttəfiq dövlətlərlə məsləhətləşmə mexanizmləri qorunub saxlanılır.

Türkiyə  müdafiə və təhlükəsizlik imkanlarını ən yüksək səviyyədə həyata keçirir,  NATO və müttəfiq ölkələrlə əməkdaşlıq çərçivəsində bölgədəki vəziyyəti yaxından izləyir  və regional sülh və sabitliyi dəstəkləməyə davam edəcək", - deyə nazirlikdən bildirilib.

visiontv.az